Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orqazm zamanı qadının hiss etdikləri

Müxtəlif hadisələr insan psixologiyasına fərqli cür təsir edir, beynində müxtəlif formada əks olunur. Bu dəfə elm adamları orqazm zamanı qadın beynində baş verən prosesləri araşdırmağa çalışıblar. Bunun üçün qadın beynində orqazmdan əvvəl, orqazm zamanı və sonra baş verən dəyişiklikləri əks etdirən animasiya filmi çəkilib. Bu animasiya göstərib ki, orqazm zamanı beynin fərqli bölgələri müəyyən ahəng üzrə hərəkət edir. Bu animasiyanı çəkmək üçün mütəxəssislər bir könüllü iştirakçıdan funsional maqnetik rezonas görüntüləmə maşınına uzanmasını istəyiblər. Masturbasiya zamanı könüllünün beyninin fəaliyyəti müşahidə edilib.
Bu araşdırmanın əsas məqsədi qadınlarla kişilərin müxtəlif vaxtlarda orqazm olmasının səbəbini araşdırmaq və bu zaman tərəflərin yaşadıqları hissləri müqayisə etmək olub. Araşdırma ABŞ-ın Rutgers Universitetinin psixoloqu Prof. Barry Komisaruk və onun komandası tərəfindən aparılıb. Animasiyada könüllü kimi isə seks terapisti Nan Wise iştirak edib. Beş dəqiqə davam edən bu filmdə beynin 80 müxtəlif bölgəsinin hər iki saniyədən bir çəkilən görüntüləi öz əksini tapıb. Animasiyada göstərilir ki, orqazmdan əvvəl tünd qırmızı rəngdə olan qan orqazma çatdıqca rəngin dəyişib narıncı və tünd sarıya çevrilir. Orqazm zamanı isə o tamamilə ağ rəngə çevrilir.
Bu filmdə həmçinin o da açıq görünür ki, orqazma yaxınlaşdıqca beyincikdə və beynin ön hissələrində hərəkətlilik artır. Mütəxəssislər hesab edirlər ki, bunun əsas səbəbi əzələlərdəki gərginliyin artmasıdır. Orqazm zamanı isə beyindəki əsas hərəkətlilik hipotalamusa qalxır. Hipotalamus isə xoşbəxtlik hissi yaradan oksitosin adlı hormon ifraz etməyə başlayır. Bu da orqazm zamanı qadınların özlərindən asılı olmadan xoşbəxt olmalarına səbəb olur.


Tarix: 07.01.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqsız
loading...