Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Keyfiyyətli şərabı belə seçərlər

Sevdiyiniz insanla yaddaqalan şam yeməyi təşkil etmək istəyirsinizsə, seçdiyiniz yerin keyfiyyətindən tutmuş, sifariş verdiyiniz yeməyin, içkinin keyfiyyətinə qədər hər şeyə xüsusi həssaslıqla yanaşmalısınız. Çünki sizə hiss etdirməsə də, qadın bütün bu incəliklərə diqqətlə fikir verir.
Bu dəfə sizə romantik görüşlərin əsas yaraşığı sayılan şərab seçimi haqqında məlumat vermək istəyirik. Keyfiyyətli şərab necə olur? Onun keyfiyyəti nələrdən aslıdır?
Şərabın keyfiyyətini yoxlamaq üçün dad alma, qoxulama, görmə duyğularının hamısından istifadə etməliyik. Çalışın ki, şərabı dadmazdan öncə çox acı, turş, şirin yeməklərdən uzaq durasınız. Çünki bu zaman ağız dadınız şərabın əsil dadını hiss etməyinizə mane olacaq.

Doğru qədəh seçimi
Şərabın əsil dadını hiss etmək istəyirsinizə, ilk olaraq seçdiyiniz qədəhə, onun formasına, quruluşuna diqqət yetirin. Bu zaman seçdiyiniz qədəhin dibi geniş, ağzı dar olmalıdır. Unutmayın ki, şərabdan asılı olaraq onun saxlanıldığı otaq temperaturu, mihit dəyişir. Qırmızı şərablar 10-16 dərəcəlik, ağ şərab isə 4-8 dərəcəlik otaq temperaturunda saxlanılmalıdır. Buna görə də ağ şərab içərkən onun tez isinməməsi üçün daha balaca, dar qədəhlərdən, qırmızı şərab içərkən isə nisbətən enli qədəhlərdən istifadə edilir. Bundan əlavə seçdiyiniz qədəhin üzərində hansısa naxışların olmamasına diqqət yetirin. Bununla siz şərabın nə dərəcədə şəffaf olduğunu görəcəksiniz. Şərab içərkən onun tez isinməməsi üçün yaxşı olar ki, qədəhi lap aşağı hissəsindən-sapından tutasınız.

Necə görünür?
Yaxşı şərabı hətta onun görünüşündən belə anlamaq olar. Bunun üçün şərabı qədəhin içində hərəkət etdirib onun rənginə fikir verin. Ağ şərablar qızıl sarısından açıq yaşıla qədər ən müxtəlif rəngdə ola bilər. Onun narıncı rəngə çalması tərkibindəki yüksək şəkər miqdarından xəbər verir.

Şərabın yaratdığı iz
Şərabı qədəhin eni boyunca dairəvi hərəkət etdirdikdən sonra onu sabit saxlayın. Əgər şərabdakı spirtin səviyyəsi yüksəkdirsə, qədəhin ətrafında göz yaşı formasında izlər əmələ gələcək.

Onun qoxusu
Şərabın əsil qoxusunu duymaq üçün onu çox sürətli formada burnumuza yaxınlaşdırıb uzaqlaşdırırıq. Bu zaman ilk duyduğumuz qoxu nədirsə, şərab əslində o qoxuya sahibdir. Bəzi hallarda çox baha qiymətə aldığımız şərabdan kif qoxusu gələ bilər. Bu zaman o şərabı dadmağınız məsləhət deyil. Bunun əsas səbəbi yanlış formada taxılan ağızlıqdır. Bu yanlış seçim şərabın tez xarab olmasına şərait yaradır.

Dad bilmə
Əgər şərabın görünüşü və qoxusu sizdə heç bir şübhə yaratmırsa, onun dadın abaxa bilərsiniz. Bunun üçün şərabdan böyük bir qurtum alıb onu ağzınızda hərəkət etdirin. Bu zaman dişləriniz qamaşırsa, bu şərabın keyfiyyətinin aşağı olmasından xəbər verir

Onun parılaqlığı
Şərabın parıldaması onun əsas keyfiyyət göstəricilərindən biri hesab edilir. Ən yaxşı şərablar həmişə xüsusi parıltıları ilə seçilirlər. Mağazadakı ucuz şərablarla bahalı şərabları ayırd etməyin əsas yollarından biri də onların görnüşünə, parıltısına diqqət yetirməkdir.

Yeməklə şərabın uyğunluğu
Seçdiyiniz şərab nə qədər mükəmməl olur olsun, bəzən yanlış seçdiyiniz hansısa bir yeməklə onun dadını korlaya bilərsiniz. Bunun üçün daha yaxşı olar ki, əvvəlcə şərabı sonra ona uyğun olaraq yeməyinizi seçəsiniz. Şərabı seçərkən isə onun etiketinə diqqətlə baxın. Bunun üçün əvvəlcə bu şərabın istehsalında istifadə edilən üzümün növünə və onun istehsal tarixinə diqqət yetirin. Əgər seçdiyiniz şərab o qədər də qədim tarixə aid deyilsə, ən azından onun 1994, 1997 və 2000-ci ilin məhsulu olmasına çalışın. Çünki bu illər iqlim, üzümçülük baxımından ən ideal dövrlər hesab edilir.
Və son olaraq ideal şərab seçmək istəyirsinizsə, onun həm görüşünün, həm qoxusunun, həm də dadının yuxarıda sadaladığımız özəlliklərə sahib olmasına diqqət yetirin.


Tarix: 07.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqsız
loading...