Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanət edən kişilər çirkin qadınları seçir

Kişilərin çirkin qadınlarla həyat yoldaşlarına, sevgililərinə xəyanət etməsi həmişə təəccüb doğurub, ancaq bunun səbəbi nə çirkinlik, nə də gözəlliklə bağlı deyil.
Kişilər həyat yoldaşlarından ehtiyac duyduqları diqqəti görməyəndə başqa qadınlara meyl edirlər. Bu zaman onlar axtardıqlarını hər hansı bir çirkin qadında da tapa bilərlər, çünki kişilər ağıllı və şəfqətli qadınları sevirlər. Gözəl qadınlar isə özlərinə çox güvəndiklərindən düşünürlər ki, diqqəti daim kişilər göstərməli, onların nazı ilə oynamalıdırlar.
Nəticədə hər istədiyinin yerinə yeririlməsini istəyən, yerinə yetirilməyincə əsəbiləşib küsən qadınlardan bezən kişilər çarəni çirkin, amma diqqət gözləmək yerinə özü diqqət göstərən, kişini xoşbəxt etmək üçün əlindən gələni edən qadınlarda axtarmağa başlayırlar. Çox zaman isə bu xüsusiyyətləri çirkin qadınlarda tapırlar.
Əksər hallarda kişilərdən özlərinə qarşı maraq görməyən çirkin qadınlar sevgili tapanda onu itirməmək üçün əllərindən gələni edib kişini xoşbəxt etməyə çalışırlar.


Tarix: 07.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqsız
loading...