Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Planlaşdırılmayan cinsi həyatın fəsadları

Ailə planlaşdırılması demək olar ki, bütün ölkələrdə ən çox müzakirə edilən məsələlərdəndir. Mütəxəssislərin fikrincə, bu vəziyyətin yaranmasının əsas səbəbi nigaha girmədən yaşanan ailə həyatıdır. Bunun nəticəsində hər il təxminən 40 milyon hamilə qadından 12 milyonu abort etdirmək məcburiyyətində qalır.
Mütəxəssislərin fikrincə, yuxarıda göstərilən vəziyyətin qarşısını almaq üçün hər bir ailə özü üçün ailə planlaşdırılması strategiyası qəbul etməlidir. Bəs, ümumiyyətlə, ailə planlaşdırılması nə deməkdir?
Ailə planlaşdırılması ata və ananın istədikləri vaxt, istədikləri sayda övlad sahibi olması deməkdir. Amma bu ailə üzvlərinin sayının məhdudlaşdırılması mənasına gəlmir, sadəcə bu üsul cütlüklərin böyüdə, yetişdirə biləcəkləri qədər övlad sahibi olmasını təmin edir. Ailə planlaşdırılmasının tətbiq edilməsinin əsas məqsədi ananın və doğulacaq körpələrin sağlamlığının qayğısına qalmaq və cütlüklərin arzuladıqları zaman övlada sahib olmasıdır.
“Qadınların 18 yaşından əvvəl hamiləlik yaşaması və 2-3 ildən daha qısa müddətdə uşaq dünyaya gətirməsi həm ananın, həm də doğulacaq körpənin səhətti üçün olduqca zərərlidir.” Bu bir çox mütəxəssislər tərəfindən təsdiqlənmiş fikrdir. Bu fikri qulaq ardına vuran cütlüklər, eyni zamanda erkən doğum, uşağın və ananın doğum zamanı dünyasını dəyişməsi, uşağın düşməsi və ya onda anadangəlmə bəzi xəstəlilərin yaranma riskini də qəbul etmiş olurlar. Elə bunun nəticəsidir ki, Birləşmiş Millətlər və Dünya Sağlıq təşkilatının açıqladığı statistikiya əsasən, hər il yaşanan 40 milyon hamiləliyin 30 milyonu planlaşdırılmır, 100-də 12-sinin isə sonu abortla nəticələnir.
Amma prof. dr. Şatıroğlunun fikrincə, bu zaman abort sağlam müdafiə forması deyil, çünki o çox vaxt özündən sonra müxtəlik cinsi xəstəliklərin yaranmasına şərait yaradır, sonrakı hamiləlikləri də təhlükə altına salır. Hamiləliyin qarşısını almaq üçün tətbiq edilən digər bir üsul isə buna qarşı müxtəlif dərmanların qəbul edilməsidir. Amma İngiltərə 350 mindən çox qadın üzərində aparılan araşdırma nəticəsi sübut etdi ki, uzun müddət belə dərmanlardan istifadə edən qadınların döş xərçənginə tutulma və yumurtalıqlarda müxtəlif xəstəliklərin yaranma riski daha çox olur.
Ən çox yeniyetmələrin yalnış qərarlarının abortla nəticələndiyini bildirən Şatıroğlu bunun üçün orta və ali təhsil müəsissələrində də cinsi tərbiyə dərslərinin keçirilməsini vacib sayır. Ailə sahibi olmaq istəyən cütlüklərin isə bu qərarı qəbul etdikdən sonra həkim məsləhətindən keçmələrini tövsiyyə edir.


Tarix: 07.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqsız
loading...