Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barlar ən təhlükəsiz tanışlıq yeridir

Kaliforniya Universitetinin psixoloqu Dr. Richard Lippa qadınların kişilərdə sevmədiyi əsas xüsusiyyətlərin gendən gəlmə olduğunu, buna görə də demək olar ki, bütün ölkə kişilərində eyni xasiyyətlərlə rastlaşa biləcəyinizi bildirir. Mütəxəssislərin sözlərin görə, qadınların kişilərdə bəyənmədiyi ən birinci cəhət onların seksə düşkün olmalarıdır. Richardın sözlərinə görə, kişilərin seksə münasibəti aid olduqları mədəni quruluşdan, ölkədən asılı olaraq dəyişilə bilər, amma demək olar ki, bütün ölkələrdə qadınlarla müqayisədə kişilər cinsi aktiv həyat yaşamaqda daha maraqlı olurlar.
Bu dəfəki məqalədə sizə bir neçə fərqli ölkədə insanların intim həyata münasibəti və onların qarşı tərəflə tanış olmaq üçün istifadə etdiyi əsas üsullar haqqında danışmaq istəyirik.

Braziliya
Bu ölkənin kişiləri seks zaman bütün ədəbsiz ifadələri işlədə biləcək qədər cəsurdurlar, lakin Sao Paulo Universitetinin psixiyatrı Dr. Carmita Abdonun sözlərinə görə bu heç də mədəniyyətsizlik göstəricisi deyil. Çünki yataq otaqlarında qadınlara olan münasibətləri istisna olmaqla digər bütün mühitlərdə kişilər qarşı cinsə olan incəlikləri ilə fərqlənirlər. Buna görə də Braziliya kişilərinin bu xasiyyətindən xəbərdar olan heç bir qadın yataq otağında kişisinin işlətdiyi ifadələrin onu alçaltmaq üçün işlədildiyini düşünmür.

Xorvatiya
Amerikanlar qəhvə məhsullarını dünyaya satmaqla məşhurlaşsalar da, onlar qəhvədən xorvatlar qədər “məharətlə” istifadə edə bilmirlər. Belə ki, Xorvatiyada kişilərin 58%-i qəhvə içərkən qarşı cinslə tanış olurlar. Xorvat seksoloq Dr Aleksandar Stulholfer bu məsələni belə izah edib: “Biz qehveni yavas yavas icirik. İnsanlar bir fincan kapuçino ilə bir saat vaxt keçirə bilirlər. Bu bir saatda isə çox vaxt onlar gələcək həyat yoldaşları ilə tanış olurlar.

İspaniya
Biz barda tanış olduğumuz xanımla uzunmüddətli, ciddi münasibət quracağımız haqqında heç düşünmək belə istəmirik, amma İspaniyada keçirilən sorğular belə deməyə əsas verir ki, hər dörd ispandan biri üçün barlar ən ideal tanışlıq məkanıdır. Bu da təsadüfi deyil ki, bu ölkənin yalnız paytaxtında digər ölkələrlə müayisədə daha çox bar var.

Avstraliya
Ərazisinin böyük, əhalisinin seyrək olmasına görə Avstraliyada insanlar bir-biriləri ilə əlaqə yaratmaq üçün internetdən əsas vasitə kimi istifadə edirlər. Elə buna görə də Avstraliyada sosial şəbəkələrin əsas tanışlıq məkanı olduğunu eşidərkən təəccüblənməməliyik. Bu ölkədə hətta ən ciddi iş adamları üçün belə internet ən təhlükəsiz tanışlıq məkanıdır.


Tarix: 07.01.2015 / 14:03 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Maraqsız
loading...