Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Striptizlə müalicə üsulu

Nyu-Yorkda bir qadın psixoloq xəstələrini striptizin müşaiəti ilə müalicə edərək tibb tarixinə olmasa da, media gündəminə düşə bilib. Sara White adlı 24 yaşlı psixoloq klassik terapiyaların xəstələrin şüuraltısını üzə çıxarmaqda o qədər də faydalı olmadığını düşünərək bu üsula müraciət edib. White bu üsululdan istifadə etməsini həm də belə əsaslandırıb: “Bu terapiyanın əsasında striptizlə soyunaraq xəstənin şüuraltını örtən təbəqələrin də soyulması prinsipi dayanır. Məqsəd çılpaqlıqdan yararlanaraq şəxsin özünü və dünyanı daha yaxşı anlamasına nail olmaqdır. Belə olduqda şəxs özünü daha xoşbəxt hiss edir və özünə inamı artır”. Stritipzçi terapist bu metodla xəstələrinə gizlədiləcək bir şeyinin olmadığını göstərərək, xəstələrin də özlərini açmalarını təmin etdiyini iddia edir. Qeyd edək ki, Sarah White striptizlə terapiya seanslarına əvvəlcə internet üzərindən başlayır, yəni terapistlə xəstə Skype üzərindən seansa başlayır. Hər biri 150 dollar olan bir saatlıq stritipzli terapiya seanslarında xanım White həm xəstəsiylə danışır, həm də üzərində heç bir şey qalmayanadək soyunur. Bir müddət sonra isə üz-üzə terapiya seanslarına keçilir və burada da eyni müalicə üsulu tətbiq olunur. Xanım White hələki 30 xəstəsi olduğunu və bunların çoxunun da kişilərdən ibarət olduğunu söyəyib.

T


Tarix: 07.01.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqsız
loading...