Yəqin ki, “Playboy” haqqında eşitməyən kişi yoxdur. İlk dəfə 1953-cü ildə yayımlanan jurnalın maraqlı yaranma tarixi var. Keçən il 60 yaşını qeyd edən “Playboy” jurnalı internetlə gərgin rəqabət aparsa da, bu gün də öz məşhurluğunu qoruyub saxlayır. Jurnal ilk dəfə çıxanda üz qapağında hələ karyerasının əvvəllərində olan Merlin Monronun 1949-cu ildə çəkilmiş çılpaq rəsmi yayımlanır. Borc pulla, bir mətbəx masası üzərində ilk nömrəsi hazırlanan jurnal tezliklə böyük səs-küyə səbəb olur, pornoqrafiyanı yaymaqda günahlandırılaraq Çin, Hindistan, Birma, Malaziya, İndoneziya kimi bir çox ölkələrdə yayımına qadağa qoyulur.
Jurnalın yaradıcısı Hugh Hefner əsgərlik vaxtı hər yerdən asılan çılpaq qadın şəkillərindən ilhamlanaraq bu jurnalı yaratmışdı. Təsadüfi deyil ki, o jurnal üçün loqo kimi də dünyada ən çox cütləşən heyvan kimi tanınan dovşanı seçmişdi. Ancaq, jurnalın uğurları sadəcə yayımladığı erotik tərkibi ilə bağlı deyildi. Erotikayla intelektuallığın- ədəbiyyat və siyasətin sintezi olan jurnalda Con Lennon, Məhəmməd Əli, Fidel Kastro, Robin Williams, Bob Dylan kimi məşhurlardan reportajlar da yayımlanırdı. Daim azadfikirliliyi ilə seçilən və buna görə dəfələrlə mükafat alan jurnal o zamanlar daha bir cəsarətli addım da atmış, Rey Bredberinin heç kimin yayımlamaq istəmədiyi “451 Fahrenheit” adlı əsərini yayımlamışdı. Beləliklə, bütün bu xüsusiyyətlərinə görə jurnal çarpayı altında saxlanılan erotik jurnallar sırasından çıxaraq ədəbi jurnal halına gəlmişdi. Hətta, bir ara jurnalla bağlı “sadəcə içindəki məqalələrə görə alıram” zarafatı da geniş yayılıb.
Jurnal kimi Hugh Hefner özü də daima öz qalmaqallı həyatı ilə gündəmdə olub. Deyilənə görə, nişanlısının xəyanətindən sonra o bu jurnalı yaratmaq fikrinə düşüb və bundan sonra bərabər olduğu sayını-hesabını bilmədiyi qadınlardan sanki aldadılmağının intiqamını alıb. Qeyd edək ki, hal-hazırda jurnalı onun qızı Kristi Hefner idarə edir.
Tarix: 07.01.2015 / 14:04 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqsız