Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaponiyaya getsəniz, bu yeməyi yeməyin!

Yaponiyada ənənəvi yeni il yeməyi hesab edilən mochi ilin yeni başlamasına baxmayaraq bu il 9 nəfərin ölümünə səbəb olub.
Yeni ilin ilk üç günündə paytaxt Tokioda mochi yeyən 128 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bu üç gün ərzində onlardan üçünün həyatını xilas etmək mümkün olmayıb. Həmçinin Yaponiyanın digər bölgələrində də bu vəziyyət müşahidə edilib. 2015- ci ilin ilkin nəticələrinə görə hələ ki, bu yemək 9 nəfərin “qatilidir”.
Qeyd edək ki, 2011 ci-ildə 8, 2012 ci-ildə 2, 2013 cü-ildə 3 nəfər bu yeməyi yeyərkən boğularaq dünyasını dəyişmişdi.
Düyünün üyüdülərək un formasına salınması və ya qaynadılması ilə hazırlanan bu yemək yaponların yeni il menyusunda xüsusi yer turur. Mochi ya qızardılaraq, ya da ət suyunda qaynadılaraq şirin soya sousu ilə süfrəyə təqdim edilir. Adı çəkilən yemək çox yapışqan olduğuna görə bütöv olaraq yeyildiyi zaman nəfəs almağa mane olur. Hər il yeni il öncəsi mütəxəssislər bu yeməyi düzgün yemək barədə məlumatlarla çıxış etsələr də, görünür, ölkədə hələ də iştahına məğlub olan insanlar kifayət qədərdir.


Tarix: 07.01.2015 / 14:00 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqsız
loading...