Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu kənddə hamı çılpaq gəzir

1929-da salınan və Londonda şəhərətrafında yerləşən Spielplatz (alman dilindən tərcüməsi Oyun Bağçası mənasını ifadə edir) çılpaqlar kəndi 85 il sonra qapılarını kənar şəxslərə açıb.

cypress-cove-nudist-resort

Günlük həyat tərzləri, fəaliyyətləri barədə məlumat verən kənd sakinləri buradakı yaşayışlarından olduqca məmnun olduqlarını bildiriblər. Kənd sakinlərinin sözlərinə görə, bu kəndi sevmələrinin əsas səbəbi çılpaq şəkildə heç bir narahatlıq hiss etmədən gəzə, əylənə bilmələridir.

Pubı,restoranı, bilyard zalı və digər əyləncə zalları olan, eyni zamanda təbiət qoynunda yerləşən bu ərazi kəndlə şəhərin əsil sintezidir.

nude

Kənddə ümumilikdə 58 ev var. Bunlardan 34-ündə yerli əhali yaşayır, digər 24 ev isə yayda və qışda bura istirahətə gələn insanlara kirayə verilir. Yerli sakinlərin sözlərinə görə, kənddə şənbə və bazar günlərində istirahət üçün boş ev tapmaq demək olar ki, mümkünsüz olur.


Tarix: 07.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqsız
loading...