İdeal manikür baxımlı qadının vaz keçilməzidir. Ancaq çox vaxt dırnağımıza lak çəkdikdən sonra təcili bir işimiz çıxır və ya telefonumuza zəng gəlir. Əlbəttə əllərimizi işlətdikdə yeni çəkilmiş boya yayılır və dırnaqlarda çox pis görüntü yaranır.
Bəs dırnaqlarımızın ideal görünməsi üçün nə etmək lazımdır?
1. Dırnaq boyası üçün quruducudan istifadə edin
Dırnaq boyasını çəkdikdən sonra, üzərinə quruma prosesini sürətləndirən xüsusi maddəni çəkmək lazımdır.
Əgər bu vasitədən sizdə yoxdursa o zaman dırnağınızı boyamadan öncə lakı 20 dəqiqə soyuducuda saxlayın. Bu həm də dırnaq boyasının daha qalıcı olmasını təmin edəcək.
2. Saç fenindən istifadə edin
Adi saç feni də dırnaqlardakı boyanı qurutmağa kömək edir. Bunun üçün saç feninin soyuq rejimə keçirib dırnaqlarınıza doğru tutun.
3. Soyuq su ən yaxşı köməkçidir
Dırnaqlarınızdaki boyanı bir neçə saniyə ərzində qurutmaq istəyirsinizsə, soyuq sudan istifadə edin. Bir qab götürün və əllərinizi örtəcək miqdarda su doldurun. Su mütləq soyuq olmalıdır. Çünki ilıq su lazımı efekti vermir. Suyun temperaturunu aşağı salmaq üçün içərisinə bir neçə buz kubiki əlavə edə bilərsiniz. Dırnaq boyasını çəkdikdən sonra əllərinizi 3 dəqiqə soyuq suyun içində saxlayın.
4. Dırnaqlarınızı yağla silin
Bəli, yağ da lakın tez qurumasına kömək edir. Bunun üçün pambıq diskini yağa batırıb boyanmış dırnaqlarınızı yavaş-yavaş silin. 5 dəqiqə sonra soyuq su ilə əllərinizi yuyun.
5. Əllərinizi buzluqda saxlayın
Əgər bunların heç birinə vaxtınız yoxdursa, sadəcə 1 dəqiqə ərzində dırnaqlarınız qurutmanın daha asna bir yolu da var. Dırnaq boyanızı çəkin və əllərinizi 1 dəqiqə buzluqda saxlayın.
Tarix: 24.11.2014 / 17:39 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri