Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınla mübahisə etməyə dəyərmi?

Qadınla mübahisədən necə qalib ayrılmalı?

Yadınıza gəlirsə uşaq vaxtı belə bir oyun oynayırdıq:hə və yox demək olmaz.Yalnız bəli-xeyr demək lazım idi.Kim səhv edib qadağan olunmuş sözü deyirdisə o uduzurdu.

Qadın ilə mübahisə də o oyuna bənzəyir,amma bir az qaydaları daha çətindir.Əlbəttə bütün qadınlar fərqlidir və bütün konfliktlər də individualdır.

Heç bir universal metod işləmək mümkün deyil buna qarşı.Amma bəzi klasshik cəhdlər var ki onlar qadın məntiqinə qarşı işləyir.Və bəzi klasshik səhvlər var ki onlardan qaçmaq lazımdır.



Qayda №1

Nəyin bahasına olursa olsun özünüzün haqlı olduğunuzu sübut etməyə çalışmayın.Son sözü deyən hər zaman qalib hesab olunmur.O insan qalib olur ki həmsöhbətinin özünə inamını silkələyir.Vaxta qənaət üçün o dəqiqə deyə bilərsiniz ki,"əzizim sən haqlısan"amma mütləq əlavə edin ki "özünə görə" və o dəqiqə də əlavə edin ki –“indi də gəl bunu birlikdə düşünək,axı...”

Belə etməklə siz sanki onun tərəfinə keçirsiniz və o sizi daha diqqətlə dinləməyə hazır olur






Qayda №2

“Mən ümumiyyətlə başa düşmürəm sən nə barədə”-belə cümlələri birdəfəlik unudun.Hətta üzərinizə yüzlərlə arqument və mənasız söz yığını ilə hücum etsələr də heç vaxt başa düşmədiyinizi və ya qulaq asmadığınızı etiraf etməyin.Birincisi ikinci dəfə izah edilməsindən də onsuz da bir şey anlamayacaqsınız.

İkincisi qadın emosiya ilə izah edirsə ən son razılaşdığı bu olardı ki o başa sala bilməyib.Əksinə düşünəcək ki siz onu iqnor edirsiniz və onun dediklərinin sizinçün bir qəpiklik qiyməti yoxdur.

Düzgün variant bu olar ki,”mən sənin fikrini tutmuşam,amma istəyərdim ki bax bu məsələni bir də aydınlaşdıraq”



Qayda №3

Səsinizi qaldırmayın.Bu mütləq belə bir suala gətirib çıxaracaq:Niyə üstünə qışqırırsan? və diskussiya düzgün getməyəcək.Əksinə oynamağa çalışın:qadın bir az səsini qaldırsa deyin ki sən bir az da belə tonla danışsan mən səninlə söhbəti davam etditə bilməyəcəm.O zaman o özünü günahkar hesab edəcək və siz bir az vaxt qazanacaqsınız.



Qayda №4

Mübahisə zamanı heç vaxt qadının intellektini tənqid etməyin,hətta dolayı yolla da.

Əksinə üzərinə gedin:”Sən axı ağıllı qızsan,sən axı yəqin ki özün də bilirsən ki..."



Qayda №5

Köhnə dəbli psixi analitik nümunələr gətirməyin.Qadın məntiqi istənilən nümunədə özünün haqlı olduğunu görə bilər.Bundan sonra qələbə əlinizdən tamamilə çıxır.

Nümunə dəqiq və birmənalı olmalıdır:”bax o qızı görürsən?o kökdür,sən isə yox.”



Qayda №6

Sözünüzə qüvvət kimi heç vaxt ananızdan,nənənizdən,keçmiş sevgilinizdən sitat gətirməyin.Bu çox banal alınır,amma mübahisə zamanı çoxu bunu unudur.

Ona avtoritet olan insanlardan fikirlərinizə qüvvət versəniz daha düzgün qəbul ediləcək.



Qayda №7

Qadın məntiqi hər təsdiq etdiyini istədiyi zaman inkar edə bilər,ondan imtina edə bilər.Ona görə də heç vaxt deməyin ki”Sən özün demişdin ki...”

Onun cavabı “Nə olsun” olarsa siz tələyə düşə bilərsiniz.



Qayda №8

Sizi mövzudan yayındırmağına imkan verməyin.Görəndə ki geri çəkilmək zamanıdır onlar tez mövzunu dəyişə bilirlər:”Ümumiyyətlə sən stolun ayağını niyə hələ düzəltmənisən,düz bir həftədir bunu demişəm sənə”,əlbəttə ki bu zaman söhbət heç də stoldan getməsə də.

Ən asanı onu sakit etirafınızla bağlayın”Yaxşı əzizim bu gün edərəm” və qadın sakitləşəndən sonra yenidən mövzuya qayıdın.



Qayda №9

Sübutlarınızda uzun cümlələrdən və çətin nümunələrdən istifadə etməyin.Arqumentiniz 1-2 sadə frazaya yerşləşsə daha inandırıcı olacaq.

Cümlə nə qədər qısa olsa qadın ilişməyə o qədər az söz tapacaq.



Qayda №10

Yumor hissini unutmayın.Bu həmişə mübahisələrdə yaranan xoşagəlməz anları yumşalda bilər.Həm də ki qadınlar ağıllı və hazırcavab kişiləri xoşlayır və onlara çox şeyi bağışlayırlar.




Və sonda:Dialoqunuz tam alınsın deyə beyninizdə hər zaman 3 sualı yadda saxlayın:

1.Həmsöhbətin nə dedi?

2.O nə demək istəyirdi?

3.Faktiki olaraq nə dedi?

...və həmin 3 suala cavabınız olmalıdır.




PS. Qadın o zaman mübahisə edir ki o hələ dəqiq qərar verə bilməyib.Mübahisə zamanı özü özünə qulaq asır və özünü bir daha inandırır.Siz sadəcə başınızı tərpədib arabir aha, əlbəttə və digər sözlərlə bu mübahisədə iştirak edə bilərsiniz. Hətta qulaq asmasanız belə.Nəticə budur ki qadın uca səslə fikirləşəndə daha asan qərar qəbul edir. Sizin dediklərinizin onun qərarına heç bir təsiri olmayacaq.


Tarix: 17.05.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...