Bədənin dərisini unutmaq cinayətdir. Ona tək bircə dəfə krem çəkməklə, son dərəcə zərif və hamar görünəcəyinə əmin ola bilərsiniz. Üstəlik, onu masaj da etsəniz, ikiqat müsbət nəticəyə nail olarsınız.
Gərgin iş günündən sonra ilıq vanna bütün yorğunluğunuzu unutdura bilər. Ancaq uzun müddət vannada qalmaq ürəyə və qan-damar sisteminə mənfi təsir edə bilər. Bu, həm də dəri üçün ziyandır. Buna görə də, vannada 15-20 dəqiqədən artıq qalmayın. Su isti olmamalıdır. İsti vanna orqanizmə mənfi təsir göstərir və yorğunluğu azaltmaq əvəzinə, daha da artırır. Dərinin quruluğunun və qabıq verməsinin qarşısını almaq istəyirsinizsə, vannadan sonra ona krem, yaxud bədən üçün nəzərdə tutulan kosmetik süd çəkin. Bu, dərinizi hamar və elastik edər.
Sellülit probleminiz varsa, çoxlu maye qəbul edin. Sellülitin ilkin mərhələlərində sizə kömək edə biləcək əsas vasitə masajdır. Masajı quru şotka və masaj əlcəyinin köməyilə edə bilərsiniz. Tərkibində dəniz bitkiləri olan vitaminlər qəbul edin, dəniz kələmi və balıq yeyin. Bu məhsullar əzələ liflərini bərkidir, bununla da sellülitin qarşısını alır. Bədən dərisi üçün əsas qulluq yuyunmadır. Yuyunmaqla siz dərinizi tək çirkdən deyil, həm də toz, mikrob, tər, dəri piyindən də təmizləyirsiniz.
Əgər dəriniz normal və ya yağlıdırsa, adi sabundan, yaxud bədən üçün geldən istifadə etmək məsləhətdir. Dəriniz qurudursa, yumşaq uşaq sabunundan istifadə edin və yuyunduqdan sonra dərinizə müxtəlif kosmetik yağlar çəkin. İdman məşğələlərindən sonra bədəninizə kimyəvi yuyucu vasitələr vurmamağa çalışın. Bunu yalnız həddən artıq tərlədikdə edə bilərsiniz. Əgər gərgin gündən sonra dincəlmək istəyirsinizsə, yaxşısı budur, duş qəbul edin. Əvvəlcə ilıq suyun altında durun, get-gedə suyu istiləşdirin. Su onurğa sutunu boyunca axdıqca, yorğunluq bədəndən çıxır.
Yayda dərini qaraltmaq orqanizmə xeyirdir. Bu, immuniteti yüksəldir, sinir sistemini möhkəmləndirir, «D» vitamini yaranmasını, maddələr mübadiləsini və qan dövranını qaydasına salır. Dərini qaraltmaq üçün ya xüsusi kremlərdən, ya da adi məhsullardan istifadə edə bilərsiniz. Məsələn, quru dəriyə zeytun yağı çəkmək olar. Yağlı dəriyə isə adi çay dəmi çəkib quruyana qədər gözləmək lazımdır. Orqanizmdə «D» vitamininin qədərini artırmaq üçün, yay aylarında yarım saat olmaq şərtilə, həftədə 2-3 dəfə günəş vannası qəbul etmək olar. Sellülitin yaranmasının və artmasının səbəbi artıq çəki, intensiv və düzgün olmayan pəhrizlər, bağırsaq problemlərilə bağlı ola bilər. Çox dar geyim, uzun sürən stresslər, əyri qamət, hərəkətsiz iş rejimi də sellülit üçün münbit şərait hesab edilir. Əgər sizdə sellülit inkişaf mərhələsinə keçibsə, təəssüf ki, ondan tam azad olmaq şansını artıq itirmisiniz. Siz ancaq onun qarşısını ala və bir qədər azalda bilərsiniz
Tarix: 09.06.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 158 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri