Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tonal Kremi nece secilmli?

Uzun zamandır ki,dərimə uyğun tonal krem axtarışındayam.Yəqin ki,mənimlə razılaşarsız ki,dekorativ kosmetika seçimi çətin məsələdi.Xüsusən də, tonal krem. Hələ, əgər dəriniz qarışıq tipdədirsə (alın,burun,çənə yağlı; yanaqlar isə quru),bu məsələ daha da çətin olur.

Google-da,uzman.tv-də,youtube-da və s.hər yerdə araşdırmışam,amma hələ də bu məlumatlar mənim tam qərara gəlməyimə kömək olmayıb.Hal-hazırda məndə olan tonal krem lorealın ALLİANCE PERFECT–dir. Amma heç xoşuma gəlmir.Həm dərimi qurudur,həm də rəngi xoşuma gəlmir.Öz dərim nə ağdı,nə də qara.Yəni qara buğdayıyam.tonal kremim isə açıq bej rənglidi.

Daha əvvəllər isə ORİFLAME-in AQUA SURGE idi.


Çox bəyənsəm də, hal-hazırda tapa bilmirəm. Deyəsən, artıq istehsaldan qalxıb.

İndi intensiv şəkildə tonal krem axtarışındayam.

Axtardığım xüsusiyyətlər:

Rəngi təxminən bu şəkillərdəki kimi olsun.







Dərimi qurutmasın-qarışıq dəri üçün olsun

Mat görünsün-yəni yağlandırmasın

Dəridəki ləkələri örtsün.

Nəzərimdə bir neçə tonal krem var, amma sizin də fikirləriniz maraqlıdı. Yuxarıdakı tələblərimi ödəyən hansı tonal kremi məsləhət görürsüz?Zəhmət olmasa,onun haqqında ətraflı məlumat verin.Qiymətini də qeyd etməyi unutmayın.


Tarix: 21.05.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...