Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyaj və bürc

Bəzi insanların gündəlik həyatında astroloji proqnozlar əhəmiyyətli yer tutur. Hər bir bürcün özünəməxsus xüsusiyyəti var. Mütəxəssislər makiyajı da bürcə görə etməyi məsləhət görürlər.

Od ünsürlü bürclər
Qoç, şir və oxatan bu qrupun təmsilçiləridir. Bu qrupa daxil olan qadınlar diqqət mərkəzində olmağı sevirlər. Makiyajda da cəlbedici rənglərə üstünlük verirlər. Onların rəngi qırmızı və qaradır. Gözlərdə qara qələmdən istifadə məsləhətdir. Dodaq boyalarında və ənlikdə isə qırmızıya üstünlük versələr daha cəlbedici ola bilərlər.

Su ünsürlü bürclər
Xərçəng, əqrəb və balıqların rəngi yaşıldır. Onlar yaşılın istənilən çalarından istifadə edə bilərlər. Dodaq boyası və ənlik seçimində şaftalı rəngi, çəhrayı məsləhətdir.

Hava ünsürlü bürclər
Əkizlər, tərəzilər və dolça bu qrupa aiddir. Bu qrupa daxil olan qadınların rəngi mavi və çəhrayıdır. Bu bürclərdən olan xanımlar gözlərinin makiyajında mavidən qaraya kimi hər tondan asanlıqla istifadə edə bilərlər. Çəhrayı ənlik və dodaq boyası onların gözəlliklərinə əlavə rəng qatacaq.

Topraq ünsürlü bürclər
Qız, oğlaq və buğa bu qrupun üzvləridir. Qrupa daxil olan bürclərin nümayəndələri adətən sadəliyi sevirlər. Makiyajda da gözəçarpmayan rənglərə üstünlük verirlər. Torpaq qrupunun rəngi qəhvəyidir. Üzün hər bir qismində bu rəngdən asanlıqla istifadə etmək olar. Daha açıq rəngli dəriləri olanlar isə şaftalı rəngi ilə makiyajı daha da zənginləşdirə bilərlər.


Tarix: 15.06.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 142 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...