Vazelinin kosmetik vasitələr arasında özünəməxsus yeri var. Vazelinin yumşaldıcı təsirə malik olduğunu bilirik. Vazelin qadın gözəlliyində və baxımında önəmli yerə sahibdir. Bu ucuz və faydalı vasitədən istifadə edərək gözəlliyinizi sərfəli şəkildə zəmanət altına ala bilərsiniz. Bəs görəsən, vazelinin bundan başqa hansı faydaları var? Sun.az vazelinin faydalarını təqdim edir:
Sərt nöqtələri yumşaltmaq üçün: Çatlayaraq sərtləşmiş bölgələrə - dodaqlara, dirsəklərə, topuqlara çəkərək yumşaq olmasını təmin edə bilərsiniz. Yumşaq toxunuşlarla qurumuş və sərtləşmiş bölgələrə çəkin.
Makiyajınızı təmizləmək üçün təsirli vasitə: Makiyaj təmizləyiciniz bitibsə, yaxud qonaq getmisinizsə, suya davamlı tuşu, layneri, ağır göz makiyajını təmizləməyin ən əlverişli yolu vazelindir. Pambığın üzərinə bir az vazelin sürüb makiyaj və göz qələminizi silə bilərsiniz.
Qaşları formaya salmaq üçün: Dağınıq görünən qaşlarınızın üzərinə bir az vazelin sürüb, qaş qələmi ilə darayaraq düz dayanmalarını təmin edə bilərsiniz.
Tökülən qaş və kirpiklərə çarə: Bu məlumatı öyrəndiyim vaxtdan etibarən hər gecə kirpiklərimə vazelin vurmağa başladım və effektini gördüm. Yəni qaşlarınızı və kirpiklərinizi gurlaşdırmaq üçün vazelindən istifadə edə bilərsiniz. Vazelin kirpiklərin tökülməsinin qarşısını alır.
Saç uclarını təmir etmək üçün: Korlanmış saçları vazelinlə bərpa edə bilərsiniz. Bir az vazelin alın və saçların uclarına yedirərək çəkin. Beləcə haçalanmış saç uclarının düz dayanmasını təmin edərək saçların səliqəsiz dayanmasının da qarşısını almış olarsınız.
Saçları boyamazdan əvvəl: Dərini də rəngləməmək üçün saç diblərinə yaxın hissəyə və qulaqlara azca vazelin çəkin.
Dırnaqları möhkəmləndirmək üçün: Vazelindən həm dırnaqların kənarındakı ölü dərini yumşaltmaq üçün, həm də asetondan zədələnən dırnaqlara qulluq etmək üçün istifadə edə bilərsiniz. Qulaq çubuğu ilə dırnaqların kənarına vazelin çəkib bir az gözləsəniz, ölü dəriləri kəsmədən rahatlıqla geriyə itələndiyini görəcəksiniz. Bu əməliyyat eyni zamanda çatlamış dırnaq ətlərinə də təsir edərək ehtiyacı olduğu nəmə qovuşduracaq.
Dodaqları nəmləndirmək üçün: Yumşaq, nəmləndirilmiş dodaqlar hər qadının xəyalıdır. Bəs dodaq nəmləndiriciniz bitib və siz yenisini almağı unutmusunuzsa? Nazik bir təbəqə şəklində dodaqlarınıza çəkilən vazelin köməyinizə çatacaq.
Əl və ayaq baxımında: Təbii tərkibli məhsullar istisna olmaqla bir çox ayaq və əl kreminin tərkibində vazelin var. Əllərinizə və ayaqlarınıza axşamdan azca vazelin çəkin, səhəryumşaq bir dəri ilə oyanacaqsınz. Ayaqlara vazelin çəkdikdən sonra corab geyinmək həkimlər tərəfindən məsləhət görülmür!
Don, ətək, şort geyindiyiniz günlərdə ayaqlarınızın daha parlaq və qüsursuz görünməsi üçün az miqdarda vazelini dərinizə yedirdə bilərsiniz. Vazelini çox çəkməməyə diqqət edin, yoxsa isti yay havasında dəriniz çox yağlı və parlaq görünəcək.
Təbii kosmetikaların tərkibində: Vazelin evdə hazırlanan təbii komsetikaların tərkibində də istifadə edilir. Məsələn, pomada və ya gel ənliklərdə geniş istifadə olunur. Yaxud da evdə hazırlanan təbii maskalarda vazelinin də önəmli rolu var.
Makiyajda vurğulayıcı ( aydınlatıcı, highlighter ) olaraq: Təbii ki, çox az miqdarda. Çünki vazelin yayılmağa çox meyilli bir maddədir. Barmağınızın ucunu vazelinə batırın və vurğulamaq istədiyiniz yerlərə çəkin.
Tarix: 24.11.2014 / 16:37 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri