Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar-üçün-sınaqdan-keçirilmiş-maraqlı-məsləhətlər

Daim cavan və gözəl qalmaq hər birimizin arzusudur. Qadınlar bu yolda əllərindən gələn heç bir şeyi əsirgəmirlər. Fransada hələ uzun illər öncə yüksək təbəqəyə məxsus qadınların hər birinin özləri ilə gəzdirdikləri maraqlı bir siyahı var idi. İndi bu siyahını sizə də təqdim edirik.
Bu şərtlərə qismən də olsa, əməl etsəniz, yaşınız çoxdan ötmüş olsa belə, gözəl qala bilərsiniz. NƏ ETMƏK LAZIMDIR: az yemək, çoxlu balıq yemək, çox su içmək, çox gəzmək, təmiz havada çox olmaq, çox yatmaq, çox gülmək, beli incə saxlamaq, 40 yaşında yenidən ana olmaq, səyahət etmək, gənc yaşında gözəl nənə olmaq, həyatı sevmək. NƏ ETMƏK OLMAZ: çox yemək, spirtili içkilər qəbul etmək, siqaret çəkmək, evdə oturmaq, saatlarla televizora baxmaq, pis şeylər haqqında düşünmək, dünyadan küsmək, həddən artıq hündür dabanlı ayaqqabılar geyinmək, yumor hissini itirmək, gənclərdən uzaq olmaq, yenilikdən qorxmaq, hisslərə qənaət etmək.
MASKALAR:Üzünün dərisinə qulluq etmək üçün ən yaxşı vasitə maskalardır. Maskaları hazır şəkildə almaq və ev şəraitində hazırlamaq olar. Ev şəraitində maska hazırlayarkən əl altında olmayan məhsullardan ibarət çətin reseptlərə meyl göstərməyin. Onları hər soyuducuda olan adi məhsullardan da hazırlamaq mümkündür.
Məsələn: Bir xörək qaşığı mayonezi və ya qatığı üzünüzə çəkin. Mayonez ağardıcı, qatıq isə qidalandırıcı effektə malikdir.Genişlənmiş məsamələri aradan qaldırmaq üçün yumurta ağını üzünüzə çəkin və quruduqdan sonra yuyun.Xiyarı əzib üzünüzə çəkin. Bu dərini qidalandırır, təravətləndirir və cavanlaşdırır.
Təzə yerkökünü kiçik gözlü sürtkəcdən keçirib mayonezlə qarışdırın. Bu maskadan sonra bir gün dəri xınayı rəngdə ləkələrlə örtülür. Lakin maska güclü cavanlaşdırıcı təsirə malikdir.Bal və xama qarışığından hazırlanan maska dəriyə qidalandırıcı təsir göstərir. Xüsusilə quru dərilərə uyğundur.Giləmeyvə qarışığından hazırlanmış maska ağardıcı və cavanlaşdırıcı təsir göstərir.Yoqurt dərinin tonusunu yüksəldir. Üzünüzdə maska olarkən dincəlməyə çalışın. Maska altında üzün mimikalarını tez-tez dəyişmək əks təsir yarada bilər. -


Tarix: 22.11.2014 / 15:24 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...