Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

On Beş Dəqiqədə Cazibədar Gözəllik

Əgər on beş dəqiqədə gözəlləşmə möcüzəsini yaşamaq istəyirsinizsə bu xəbərimiz tam sizə görə!...

intimUAL BİR GÖRÜNÜŞ
Gözlərinizdə diqqət çəkici bir hava yaratmaq istəyirsinizsə, iki rəngli faralardan istifadə etməlisiniz.

AĞ DİŞLƏR
Bol zamanınız olduğu üçün dişlərinizi də atlamamanız lazımdır. Dişlərinizi ağartmaq üçün fırçalamanın yanında ağardıcı məhsullardan da dəstək ala bilərsiniz.

EYELİNER MÖCÜZƏSİ
Gözlərinizdə təsir edici bir toxunuş istərsinizmi? O zaman eyeliner sürməyə bir neçə dəqiqə ayırın. Faranıza uyğun tonlarda bir eyelineri göz qapağınızın üzərinə çəkə bilərsiniz. Qəhvə ya da qara tonlarda bir qələm də sizə köməkçi ola bilər.

FARFOR GÖRÜNÜŞ
Makiyajınızın tam olmasını istəyirsinizsə makiyaj sabitləyici fondötenlerin köməyinə müraciət edə bilərsiniz. Dəri rənginizə uyğun bir fondöten seçdikdən sonra, allığı da unutmayın. Almacıq sümüklərinizə sürəcəyiniz bürünc tonlarda bir allıq, yaz aylarında olduqca gözəl görünər. Əgər bədəniniz bürüncsə, fondötenden imtina edib bürünc bir pudra ilə makiyajınızı tamamlaya bilərsiniz.

DODAQLAR
Gözlər qədər dodaqlar da əhəmiyyətli... Dodaqlarınız üçün makiyajınıza uyğun tonlarda bir pomada seçməlisiniz. Parladıcı lip glosslardan kömək alın. Çıxmayan pomadalarsa makiyajınızın uzun müddət qalmasını təmin edər.

DALĞALI SAÇLAR
Saçlarınıza şəkil vermə zamanı. Əgər varsa bigudi ya da maşa köməyiylə saçlarınızı dalğalandırın. Daha sonra sprey sıxaraq verdiyiniz şəkli sabitləyə bilərsiniz.

ƏLLƏR
Əlləriniz hər vaxt gözəlliyin göstəricisidir. Kimsə baxımsız əllərlə gözəl görünə bilməz. İlk olaraq əllərinizi əl kremi köməyiylə nəmləndirin. Zamanınız qaldısa dırnaq diblərindəki ətləri geriyə doğru itələnin. Sonra yenə mövsüm modası olan bir rəng seçərək dırnaqlarınızı rəngləndirin.


Tarix: 16.06.2013 / 13:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...