Çoxu qadın dolğun, başdan çıxarıcı və mükəmməl dodaqlara sahib olmaq istər.
Amma hər kəs mükəmməl dodaqlara sahib olacaq deyə bir qayda yoxdur.
Dodaqlarınızın xoş görünməsini istəyirsinizsə bir sıra hiylələrə
müraciət edərək də bunu təmin edə bilərsiniz. İşdə sizə bir neçə təklif:
Ağızınız böyüksə
Böyük ağızları daha kiçik göstərmək üçün dodaq çərçivəsini
dodağın dərhal içindən çəkmək lazımdır. Açıq bir rənglə çəkiləcək çərçivənin içinin
daha tünd rəngdə, ancaq yenə də açıq bir tonda rənglənilməsi lazımdır.
Dodaqlarınız qalınsa
Qalın dodaqların parlaq və sərt rənglərdən qaçınması lazımdır.
Dodaqların içindən çəkilən dodaq çərçivəsiylə dodaq boyasının
az qala eyni rəngdə olmasına diqqət göstərilməli.
Dodaqlarınız incədirsə
İncə dodaqların daha dolğun görünməsi üçün dodaq çərçivəsinin
dodaq xəttinin xaricindən çəkilməsi lazımdır.
İki yana qədər yaxşıca uzanması lazım olan çərçivə açıq bir tonda çəkilməli,
dodağın iç qisiminin isə daha tünd bir tonda rənglənilməsi lazımdır.
Dodaqlarınız düz deyilsə
Alt və üst dodaqların qalınlıqları bir-birinə uyğun gəlmirsə,
dəyişik iki ton istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün açıq
rəngdə bir pomada sürtülməsi, dodağın asimmetriyasını gizləyər.
Dodaq uclarınız aşağı doğru sallanansa
Dodaqlarınızın sallanan görünüşünü gizləmək üçün izləniləcək ən yaxşı yollardan biri,
dodaq qələmiylə düzəldilib çəkilən bir dodaq şəklinin ardından,
bu şəklin xaricində qalan dodağın hissələrinin dəri rənginə
uyğun rəngdə bir fondötenle bağlanılmasıdır.
Alt dodağınız çölə doğru daşqınsa
Alt dodağınız çölə doğru daşqın isə, alt dodağınızı rəngləyərkən
bir az kiçiltməniz lazım olacaq.
Bunun üçün ortasından başlayaraq dodaq xəttinin
bir az içindən dodaqların birləşdiyi yerə qədər boyanın.
Üst dodağınız xaricə doğru daşqınsa
Normal olaraq rənglədiyinizi üst dodağın daha diqqət çəkici olmasını təmin edin.
Üst dodağın ortasını ifadə edən V şəklini, dodaq xəttinin
bir az içindən çəkərək təbii qıvrım verərək
dodaqların birləşdiyi yerə qədər boyanın. Alt dodağı isə bir az daşıyararaq boyanın.
Tarix: 24.11.2014 / 16:35 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri