Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Depressiyaya girmək, yoxsa ...

Son dövrdə ətrafımdakı hər kəsdə bir pessimist hallar baş alıb gedir. Hər kəs sıravilikdən, səhər oyandıqlarındakı məqsədsizliklərindən, çatacaqları nöqtəni bilməməkdən şikayətlənirlər. Hər kəs bir möcüzə, bir sürpriz, bir eşq gözləyir.

İnsanları dinlərkən bir tərəfdən də müşahidə edirəm, öz yaşadıqlarımla, içində olduğum ruh hallarıyla müqayisə edirəm, çox bənzər şeylər yaşayır insanlar, bu, həqiqətdir. Lakin niyə? Nədir əskik? Ya da nə çox gəlir? Düşünürəm, azadlıq artdıqca sahib olduqlarımızın dəyərinin fərqinə çata bilmirik. Azadlıq çox böyük bir gücdur, lakin idarəsiz güc güc deyil şüarı ağlıma gəlir.

Hamımız o qədər ruhlarımızdan uzaqlaşmışıq ki, bizi nəyin xoşbəxt, nəyin bədbəxt etdiyinin belə fərqində deyilik. Önünə kök qoyulmuş eşşək kimi yalnız qaçırıq. Səbəbsiz və məqsədsiz olaraq.

Bu dinlədiyim insanların ortaq nöqtəsi hər kəs keçmişdə bəzilərini günahlandırır, yaşadıqları əlaqələri, həyatına girən insanları. Hər kəs bir nöqtədə xəyal qırıqlığına uğramış və orada ilişib qalmışlar. İnsan həyatı bu qədər ucuzmu deyə həmişə soruşurdum özümə görəsən onların bu psixologiyalarından onların günahlandırdıqları insanlar xəbərdarmı? Ya da onlar həqiqətən xoşbəxtmi maraqlanıram.

Hər kəs öz ruhunu əslində birinə təslim etmək istəyir, qucağında saçları oxşanılsan, gecə ayaqlarıyla ayaqlarını isitsin, uşaq xəyalları qursun, tətilə getsinlər və s…

Hər kəs mənə görə ruhunun ev sahibidir… Hamımız ruhumuzun bir sahibi olması üçün onu evimizə alırıq. Sonra öyrəşir, evin hər küncünə bir xatirə buraxdırırıq. Və bir gün o kirayəçi getdiyində ümidsizliyə qapılırıq. Həm əlimizdəki ev köhnəlmiş olur. Həm bizim inancımız azalır. Kirayəçilərə güvənimiz gedir, lakin bir tərəfdən də kirayəçi istəyirik. Təkliyi sevmirik. Daha seçici olmamız lazım olarkən ev köhnəldikcə, qiymətini salır.

Girən kirayəçilərin müddəti vs əhəmiyyətli deyil. Kimi kirayəçi 3 il yaşayır, bir barmaq izi belə qalmır. Kimisi 1 ay qalır, amma hər divarda barmaq izləri, yerlərdə saçları qalır. Məhz o zaman yeni kirayəçini almaq çətinləşir. Bu səfər kirayəçi almağa qalxdığınızda könülümüz əl vermir. Gələni göndərir, gələni göndəririk. Köhnəldikcə köhnəlirik.

Qısa əsl problem ev sahibi olduğumuzu bilərək lazımdırsa uzun müddət o evə gözümüz kimi baxaraq dəyərini salmadan gerçək sahibini gözləməkdir. Yoxsa ən sonunda əlinizdə qalan qırıq-tökük köhnəlmiş bir ruhunuz qalır. Və ətrafımda dinlədiyim hekayələr kimi hekayələr sovuşdurur olursunuz.

Dünya möcüzələrlə və sürprizlərlə doludur.. Məncə hər şeyi olduğu kimi qəbul etmək lazımdır. Gözəl günlər qədər pis olanlar da yaşadığımı hiss etdirir mənə…

Yeni kirayəçilərlə ruhunuzu çirklədib köhnəltməkdənsə buraxın mütləq gözəl bir şey vardır onlarla yaşayın. Unutmaq üçün bəzilərini günahlandırmaq, onları günahkar görmək öz evinizi, ruhunuzu çirklətməkdən başqa bir işə yaramır. Odur ki, ən xırda şeylərdən belə zövq alıb xoşbəxt olmağa çalışın...


Tarix: 18.05.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...