Nizamlı bir yuxu çox əhəmiyyətlidir. Gərəyindən çox ya da az yatmaq lazım deyil. Hər gün 8 saatlıq bir yuxu göz sağlamlığı üçün çox əhəmiyyətlidir.
Nizamlı və kafi yuxu, gözlərin istirahət etməsini təmin edər, torbaların yaranmasının qarşısını alır.
Xüsusilə sıx tempdə işçilərin nizamlı yuxu yatmaları və mümkünsə günorta yeməyindən sonra gözlərini 5-10 dəqiqə istirahət etdirmələri lazımdır.
Gözlərə edilən makiyajın, hər axşam yatmadan əvvəl mütləq təmizlənməsi lazımdır. Göz makiyajı təmizlənərkən, göz ətrafı tahriş edilməməlidir. Göz, sağa sola ovuşturularaq təmizlənməməlidir. Bu, göz ətrafının qırışmasına səbəb olar.
Həmçinin tam olaraq təmizlənməyən kirpik üçün tuş və ten qalıqları və ya uyğun olmayan təmizləmə məhsulları gecə boyunca göz ətrafına zərər verər.
Gecə yatmazdan əvvəl, göz ətrafına mütləq göz ətrafı baxım kremi sürtülməsi lazımdır. Kremi sürtərkən yüngül hərəkətlərlə yavaşca sürtməlisiniz.
Həftədə nizamlı olaraq üç dəfə üz məşqi etsəniz, göz ətrafındakı müsbət dəyişikliyi hiss edə bilərsiniz.
Hər iki əlinizi rahat bir şəkildə əllərinizin üstü çölü göstərəcək şəkildə gicgahlarınızın üzərinə qoyun.
Əllərinizi qulaq xəttinə doğru çəkərkən üzünüzün gərginləşdiyini hiss edəcəksiniz.
Bu sırada gözləriniz sıx bağlı olsun, elə ki, göz qapaqlarınızdaki titrəməyi hiss edin.
Gərginliyi həll etdikdən sonra məşqi yenidən təkrarlayın.
Tarix: 28.06.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 50 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri