Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pomidorla sehrli maska

Pomidor bir Sağlamlıq və gözəllik xəzinəsidir. Bədən müqavimətini artıran, dərini gözəlləşdirən, yaşlanmağı önləyən ən əhəmiyyətli qidalar arasında iştirak edər.
Pomidorda olan likopen maddəsi, bilinən ən təsirli antioksidandır. Bir çox qidanın əksinə, pomidor bişdikcə dəyəri artar və xüsusilə zeytunyağıyla birlikdə istehlak edildiyi zaman bədən tərəfindən daha asan həzm edilər.
Pomidor dərimiz üçün də çox faydalıdır. Dəri hüceyrələri arasındakı bağları qüvvətləndirər və günəş ziyanlarını önləyər. Xalq içində arı sancmasında, bədənə batan tikan və şüşələrin çıxarılmasında, döyənək təmizlənməsində, sarılıq xəstəliyində, atəş və günəş yanıqlarında geniş şəkildə istifadə edilər. Pomidor bədənimizdəki nəmin qorunmasına köməkçi olar.
Qışda və ya yazda gündə 1 pomidor və ya 1 qaşıq sous istehlak etmək 8 stəkan su içmək qədər faydalıdır.
Sızanaqları keçirər.
Dəriniz yağlı isə pomidor maskası tam sizin üçündür! Xüsusilə komedonlar (qara nöqtələr) və akneləri təsirli bir şəkildə yaxşılaşdırar. Çünki pomidor yağ ifrazatını tarazlar və yüngül bir peeling təmin edər.
Üzünüzdə bir sızanaqmı başlayır? Dərhal üzərinə bir az pomidor sousu sürün. Ağrısı keçər və sürətlə yaxşılaşar. Pomidor maskalarını nə şəkildə tətbiq etdiyiniz çox da əhəmiyyətli deyil.
Pomidoru ortadan kəsib üzünüzə sürə biləcəyiniz kimi, rəndələyə bilər yaxud 1 qaşıq dolusu pomidor püresi və ya sous istifadə edə bilərsiniz. Ardından 10-15 dəqiqə qədər gözləyin ki, pomidorun özü dərinizə yaxşıca nüfuz etsin.
Peeling təsiri yaradar.
Sonra bir dilim pomidorla yüngülcə üzünüzü ovun. Çünki pomidor yüngül bir peelingə də köməkçi olar. Vaxt dolunca, üzünüzü ilıq su ilə yüngülcə yuyun. Üzünüzdəki müəyyən naməlum pomidor qalıqları dərinizin phini tarazlamağa davam edər. Dəriniz qurudursa, pomidorun içinə bir az zeytunyağı qarışdırın. Yenə eyni şəkildə 10-15 dəqiqə gözləyin və sonra üzünüzü ilıq suyla yuyun.
Möcüzələr yaradır!
Pomidor maskası etdikdə dərinizdə şirin bir tərpənmə hiss edə bilərsiniz. Ancaq bu yanmağa çevrilsə dərhal yuyun. Çünki bəzi insanların pomidora qarşı allergiyası vardır. Pomidor maskası antiaging bir möcüzə kimidir.


Tarix: 28.06.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...