Gözəllik, sadəcə kosmetik məhsullar və makiyaj vasitəsi ilə yaranmır. Təbii gözəlliyin başlanğıcı sağlam yaşam tərzidir.
Yuxunuzu güzəştə verməyin
Kifayət qədər yatmaq çox vacibdir. Yorğunluq insanın üzünün sallanmasına, gözlərinin solğun görünməsinə səbəb olur. Buna görə də yuxunuza diqqət göstərin.
Soyuq suyun vacibliyi
Üzü soyuq su ilə yumaq camlanmasına imkan yaradır. Üzünüzdə olan yorğunluq ifadələrindən də soyuq su sayəsində qurtula bilərsiniz.
Nəmləndirici kremlər
Dərinizi nəmləndirməyi heç vaxt unutmayın. Peeling köpüyü kimi məhsullardan istifadə edərək, təmizlədiyiniz dərinizi mütləq nəmləndirin. Bunun nəticəsində dəriniz öz görünüşünü itirməyəcək və canlı görünəcək.
Çoxlu su için
Su içmədiyiniz təqdirdə bədəninizin su –duz balansında pozulma meydana gəlir. Çoxlu su içmək həyatı bir vaciblik daşıyır, həm də qocalmanın qarşısını alır.
Günəşdən uzaq durun
Günəşdən qorunmaq dərinin gənc görünməsi üçün çox vacibdir. Ən az 15 SPF’li bir günəş kremindən istifadə etmək lazımdır.
Qaşlarınıza fikir verin
Makiyaj etməyə ehtiyac qalmasını istəmirsinizsə, qaşlarınıza diqqət göstərməyiniz lazımdır. Qaşlar üzünüzün damı kimidir. Onların pozulması gözlərinizin, gözləriniz dərinizin və dodaqlarınızın görünüşünə təsir göstərər. Qaşlarınızı həmişə fikir verin.
Tarix: 22.06.2013 / 13:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri