Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük sinələri gizlətməyin yolları

Paltar tapmaqda çətinlik çəkdirən böyük sinəli qadınlardansınızsa bəzi ipuclarını bilmirsiniz.

Böyük sinələriniz varsa əvvəl doğru bir büsthalter seçərək işə başlamalısınız. Sinələrinizi kiçik göstərəcək bir büsthalter işinizi asanlaşdıracaqsınız.
Böyük sinəniz varsa diqqəti sinənizdən başqa bölgələrə çəkmək üçün üst qisiminizə daha sadə, düz rənglərdə köynəklər seçməlisiniz. Dərin V yaxa tişörtlər yerinə, çiyinləri açıqda buraxan qayıq yaxa köynəkləri sizin üçün ideal modellərdir. Gövdənizi uzun göstərəcək paltarlar seçməlisiniz. Bunun üçün belinizin altında bitən üstlər seçə bilərsiniz.

• Qulağınıza diqqət çəkici sırğalar taxsanız, diqqət sinənizdən üzünüzə çəkilmiş olacaq. Qalın kəmərlərdən uzaq durmalısınız, çünki kəmərlər sinələrinizin ortaya çıxmasına səbəb olar.
• Çox dar koftalar, böyük sinəlilər üçün səhv bir seçkidir.
• Ətək ya da şalvar seçkisində naxışlı modelləri seçməlisiniz. Beləcə gözlər sinələrə deyil aşağı tərəfə mərkəzlənər.
• Əsla böyük və dəbdəbəli boyunbağılar taxmayın.
• Qalın gövdənizi A şəklindəki ətək modelləriylə tarazlaşdırın. Bu tip ətəklərlə belinizə vurğulamış ola bilərsiniz.
• Çox dar qələm ətəklər geyinməyin, çünki üst bölgələrdəki çoxluqlar daha çox gözə dəyər.
• Cibli şalvarları seçim edə bilərsiniz. Qarşısında cibi olan şalvarlar qarnınızdakı piyləri gizlədər, arxasında cibi olan şalvarlar isə diqqəti ombanıza çəkər. Ətəklərdə olduğu kimi şalvarlarda da çox dar modelləri geyinməkdən uzaq durun.
• Sinələriniz üçün sinələrinizi qucaqlayan, kiçik göstərən kupları geniş və bağlı büsthalterləri seçin.
• Paltarlar, tək parça olduğu üçün qüsurları saxlamaq ən ideal olanıdır. V yaxalı, ancaq diqqətləri dekoltətə çəkməyən paltarlar yaxşı bir seçki olacaq.


Tarix: 15.06.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...