Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyat Yoldaşı...

Qənaətkar ol. Çünki qənaət ürəyə rahatlıq gətirir.

Deyilənləri diqqətlə dinlə.

Evin, hər şeyin həmişə təmiz, səliqə-sahmanlı olsun.

Həyat yoldaşının yeməyinə, yuxusuna diqqət et. Çünki ac hövsələsiz, yuxusuz hirsli olar.

Evini, malını yaxşı qoru. Gördüyün işləri, etdiyin yaxşılıqları başa qaxma: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir”. Bir də, unutma ki, birinci tez unudulsa da, ikinci heç vaxt yaddan çıxmır.

Həyat yoldaşının yaxınları ilə xoş rəftar et. Səhvlərini təklikdə və yumşaq bir şəkildə de.

Həyat yoldaşının sirlərini başqalarına açma. Ər-arvad arasındakı sirr qəbrə də onlarla birlikdə getməlidir.

Həyat yoldaşının sevincinə də, kədərinə də şərik ol. Ona hər mənada yoldaşlıq et. Unutma ki, yalan yuvanı içindən yeyən bir qurddur.

Aranızdakı problemləri özünüz həll edin. Heç vaxt bunları ata-ananıza və ya qohum-qardaşınıza açmayın.

Həyat yoldaşından ala bilməyəcəyi, gücü çatmayacağı şeyləri istəmə.

Qadında gözəl xasiyyət kişi üçün cənnət nemətidir. Sən də həyat yoldaşın üçün cənnət neməti ol. Ona əzab vermə. Bir də, unutma ki, sən bütün bunları ancaq öz arzularını onun arzularına qurban verməklə edə bilərsən...


Tarix: 24.05.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...