Soyuq hava dodaqların nəmliliyini yox etməsinə və onların qurumasına səbəb olur. Mütləq dodaq nəmləndiricilərindən istifadə edin.
Yatmazdan qabaq dodaqlarınıza vazilin vursanız dodaqlarınızın nəmlənməsini və yumşaq olmasını təmin etmiş olarsınız.
Soyuq hava saç qurumalarına da səbəb ola bilər. Hər həftə yaxud da heç olmasa iki həftədən bir saçlarınızın dibini zeytun yağıyla 10-15 dəqiqə masaj edin. Daha sonra məhrəbanı isti suya batırıb başınızı 5 dəqiqə ərzində bağlayın. Beləcə zeytun yağı saçlarınızın dibinə daha çox təsir edəcək.
Saçlarınızı məhrəba ilə yumşaq şəkildə bağlaya bilərsiniz, amma onunla saçınızı qurutmaq istəsəniz bir məqamı yadda saxlayın ki, bu saç tökülməsinə səbəb ola bilər. Çalışın ki, təbii şəkildə qurutmağa üstünlük verəsiniz, yox əgər bunu üçün fen seçirsinizsə saçınıza çox yaxınlaşdırmayın.
Çölə çıxarkən saç soyuq havayla daha çox təmasda olur, bunun üçün də qış mövsümdə papaqlardan və şallardan istifadə etməyi unutmayın.
Tarix: 25.12.2012 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri