Razyana kalsiumla zəngindir, dəridəki su ehtiyatını qoruyub saxlayır.
Yaşıl çay hüceyrəqoruyucu maddələrlə zəngin olduğundan yaşlanmanın qarşısını alır. Su qidaların hüceyrələrə daşınmasına, tullantıların isə hüceyrələrdən xaric edilməsinə yardımçı olur.
Sarımsaq qan dövranını normallaşdıraraq dərini təmiz saxlayır.
Toyuq orqanizmdə gözəllik hormonlarını istehsal etmək üçün ehtiyac olduğu qədər proteinlə zəngindir.
Zeytun yağından soyuq halda istifadə etdikdə erkən yaşlanmzatına malik olduğundan hüceyrənin təzələnməsinə xidmət edir.
Şəkər və insulin dərini yaşlandırır. Ona görə də alma yeyin. Alma qanda şəkərin miqdarını sabit saxlayır və insulinin qalxıb-enməsinin qarşısını alır.
Bir sıra bilgilər
Yorğun dərini canlandırmaq üçün banandan istifadə edə bilərsiniz. Bananı qabda əzin, 1 qaşıq süd, ya da qaymaq əlavə edib, üzünüzə yaxşıca yedirin. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yaxalayın. Dərinizin qısa müddətdə canlandığını, yumşaldığını və nəmləndiyini görəcəksiniz.
Quruyan dərini canlandırmaq üçün iri bir pomidoru xırda-xırda doğrayın. İçinə iki qaşıq badam tozu əlavə edib, yaxşıca qarışdırın. Qarışığı üzünüzə yedirə-yedirə sürtüb, 10 dəqiqədən sonra yaxalayın. Sonra nəmləndirici krem vurun.
Gözlərinizin altında qara halqanı yox etmək üçün alma əlverişlidir. İki dilim almanı gözünüzün altına qoyun və almadakı meyvə turşusunun qara halqanı azaltmasını gözləyin.
Çatlayan dodaqlarınızı əvvəlcə yumşaq diş fırçası ilə ehmallıca fırçalayın. Sonra balla masaj edin.
Əlləriniz sərtləşibsə, iki ədəd qaynanmış kartof, 1 stəkan süd, 5 damcı gül suyu və iki yumurtanı yaxşıca qarışdıraraq əllərinizə sürtün. 10 dəqiqə gözləyin. Gecə yatmazdan əvvəl ilıq zeytun yağı sürtün və rezin əlcək geyinin.
Parlaqlığını itirmiş saçları canlandırmaq üçün 100 qram papatya dəmləyin. Soyuduqdan sonra içinə 1 yumurta sarısı əlavə edib qarışdırın. Qarışıqla saçınıza masaj edin. 10 dəqiqədən sonra yuyun. (ardı var)
Tarix: 29.12.2012 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri