Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlara qış mövsümündə qulluq olunmalıdır

Saçların hər zaman xüsusi diqqətə ehtiyacı var. Kosmetoloqlar tərəfindən xüsusən də qış aylarında saçınız üçün faydalı olan bir neçə müalicəvi maska təqdim edirik.

Tərkibində sirkə olan mayonezi mikroelement və vitaminlərlə zəngin olan balla qatışdırıb saçınızın dibindən uclarına qədər sürtün və 5 dəqiqədən sonra saçı yuyun.
Bu maskanı heç olmasa həftədə bir dəfə təkrarlamaq lazımdır.

Qış aylarında bir problem də var – papağın altında saçların tez yağlanması.
Bunun da əlacı var. Belə ki, balla yumurta sarısını qatışdırırıq, yalnız saç köklərinin dibini sürtmək şərtilə maska saçda yarım saatdan artıq qalmamalıdır. Saçı şampun və su ilə yaxalayın. Sonra fenlə saçınıza istədiyiniz formanı verə bilərsiniz.

Qışda saçlar daha çox tökülür, bunun da qarşısını almaq olar.
2 xörək qaşığı sürtkəcdən keçirilmiş soğanı, əzilmiş sarmısaqla qatışdırıb yumurta sarısı və 2 xörək qaşığı qatıq əlavə edib yaxşıca qatışdırın. Bu qidalandırıcı maskanı yarım saat saxlayandan sonra saçlarınızı yuyun. Qış mövsümündə saçınızın tez uzanması üçün soğan suyunu saç diblərinə vurun və hətta bu maskayla yatmaq da olar. Sonra isə saçlarınızı maskadan azad edib su ilə yaxalayın.

Çalışın ki, soyuq mövsümdə istifadə etdiyiniz darağın dişləri taxtadan olsun.


Tarix: 25.12.2012 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 219 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...