Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqlara qulluq

Dodaq dərimiz olduqca incə və həssas bir quruluşa malikdir.Onlara qulluq etmədikdə soyulur və quruyur.Bu səbəbdən də dodaqlara müntəzəm olaraq qulluq etmək vacibdir.İndi sizə təqdim edəcəyim maskalar vasitəsi ilə dodaqlarınıza gözəl görünüş bəxş edə bilərsiniz. Xama maskası 1 çay qaşığı xama,bir neçə damcı limon suyu,2-3damcı bitki yağı.Bu qarışığı dodaqlarımıza çəkib yarım saat müddətində saxladıqdan sonra yuyuruq. Bal maskası Heç bir qarışıq olmadan balı dodaqlarınıza çəkib 5-10 dəqiqəlik masajdan sonra,dodaqlarınızı yuya bilərsiniz.Həmçinin bala bir neçə damcı bitki yağı və ya zeytun yağı əlavə etmək də olar. Xiyar maskası Xiyarı sürtgəcin ən kiçik gözündən keçirib üzərinə 1 çay qaşığı kərə yağı əlavə edirik.Dodaqlarımıza çəkib 15-20 dəqiqə sonra yuyuruq.


Tarix: 04.07.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...