Dəri altında cırıqların yaranması çox yayılmış bir problemdir və bu hər bir xanım üçün dözülməzdir. Bu problem xanımlarımız birdən birə cox arıqlayanda yada cox kökələndə əmələ gəlir. Cırıqlar əsasən sinədə, qarında və budlarda əmələ gəlir. Əgər vaxtında müalicəyə başlasan bu problemdən qurtulmaq olar.
Masaj vasitəsi ilə.
Masjın koməkliyi ilə dərinin təravəti artır. Cırılmış yerlərə gündə 4 dəfə yumşaldıcı vasitələr sürtmək lazımdır məsələn : efir yağları ,kakao yağı və nəticəni artıq 2 həftədən sonra görəcəksiz. Endermologie kimi prosedurlarda mövcuddur. Bu dərin masajdır, bu masaj toksinləri qovur, kollaqen və elastinin çoxalmasına komək olur.
Gündə özünü qaraltmaq cırıqları görünməz hala gətirə bilər ancaq aradan götürməz.
Xüsusi maddələr vasitəsi ilə.
Belə maddələr məs. : vitamin C, retinoid, tretinoin, reastin, Qlikolik turşusu cırıqlardan qurtulmağa çox yardım edirlər. Ancaq siz bu maddələrdən istifadə etməmişdən qabaq mütləq mütəxəssislə məsləhətləşin.
Lazer vasitəsi ilə.
Ən effektli sayılan müalicə lazerlə müalicədi həmdə bu ən yaxsı müalicə növü hesab edilir, ona görəki bu müalicə hər növ cırıqları aradan qaldırır - ağ, qırmızı, bənövşəyi.
İmpuls lazeri - bu lazer çox dərin olan cırıqları sağaldır dəridə kollaqenin və elastinin əmələ gəlməsini gücləndirir. Yeni yaranmış və çox köhnə cırıqlara daha effektli təsir göstərir. Hamilə, uşaq bəsləyən və dərisi tünd rəngli olan xanımlara bu prosedur qəti qadağandır.
Fraksionlaşdırılmış lazer - xroniki cırıqlar üçün nəzərdə tutulub.
Eksimer lazerdə xroniki cırıqlardan ötrü nəzərdə tutulub.Cırıq yerlərdə melanin maddəsinin artmasına kömək edir və nəticədə cırıqlar sizin dərinizin rəngini alır.
Mikrodermobraziya - dərinin üst ölü qatını götürür və yenisinin yaranmasına komək edir.
Xirurqi üsul dərinin zədələnmiş hissəsini götürür. Bu üsul ən pis üsul hesab edilir.
Tarix: 25.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri