Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd Vəziləri

Süd vəziləri – qadin dölyaratma (reproduktiv) sisteminin bir hissəsi olub təbiət tərəfindən uşaqların ana südü ilə qidalandırılması (laktasiya) üçün nəzərdə tutulmuşdur. Süd vəzilərinin forması, ölçüləri hər bir qadında fərdi şəkildə olur. Onu da qeyd etmək lazımdır ki, süd vəzisinin nə ölçüsü, nə də forması qadının uşağı əmizdirmək qabiliyyətinə heç bir təsir etmir.
Süd vəzilərindən birinin ölçüsü digərindən az dərəcədə kiçikdirsə, bundan qorxmaq lazım deyil – belə asimmetriya normal hal hesab edilir. Bu asimmetriya xeyli dərəcədə olduqda isə mütləq həkimə müraciət etmək tövsiyə edilir. Qadında sud vezileri praktik olaraq olmadıqda (kifayət qədər az təsadüf edilən hallarda olur) bu, yumurtalıqların və uşaqlığın da inkişafdan qalmasına işarə edir.

Süd vəzilərinin tam şəkildə inkişaf etməsi ancaq hamiləlik zamanı baş verir. Uşağın əmizdirilməsi başa çatdıqdan sonra isə süd vəzilərinin ölçüləri bir qədər azalsa da hamiləliyə qədər olan ölçülərdən artıq olur.



Süd vəzilərinin vəziyyətinə qadının reproduktiv sistemi, endokrin sistemi və digər orqanlarının normal vəziyyətdə olub-olmaması təsir edir. Müxtəlif hormonal pozğunluqlar, qeyri-mütəmadi aybaşı tsiklinin olması, müxtəlif ginekoloji xəstəliklər (uşaqlığın mioması, endometrioz və s.), endokrin vəzilərin funksiyasının müxtəlif pozğunluqları, piylənmə, qara ciyərin funksiyasının pozulması və bu kimi digər xəstəliklər zamanı qadınlar əksər hallarda həkimə süd vəzilərində olan müxtəlif şikayətlərlə müraciət edirlər. Qeyd edilən patologiyalar müalicə edildikdən sonra süd vəzilərindəki pozğunluqlar da adətən keçib getmiş olur.

Qadinlar hər zaman öz süd vəzilərinin vəziyyətinə çox diqqətlə nəzarət etməlidirlər. Süd vəzilərində ağrıların, düyünlərin olması, süd vəzisi giləsindən istənilən rəngdə olan müxtəlif ifrazatın və ya südün (qadın hamilə olmadıqda və uşaq əmizdirmədikdə) xaric olması və bu kimi digər hallarda qadınlar mütləq şəkildə həkim-ginekoloqa müraciət etməlidirlər.Bəs qadınların reproduktiv (dölyaratma) sistemi necə idarə olunur?

Tibb elmində qəbul olunmuş nəzəriyyələrə görə həm qadınların, həm də kişilərin reproduktiv (dölyaratma) sistemi baş beyini tərəfindən idarə olunur. Bu bir neçə mərhələdə (etapda) baş verir:
Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir;
Hipotalamus – baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddə ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların hazırlanmasını tənzimləyir;
Hipofiz – baş beyində yerləşən bir vəzidir. Bu vəzidə daxili sekresiya vəzilərinin və bütünlükdə bütün orqanizmin fəaliyyətini tənzimləyən xüsusi hormonlar hazırlanır. Məhz bu vəzidə bilavasitə yumurtalıqların fəaliyyətinə təsir edən qonadotrop hormonlar (lyüteyinləşdirici hormon – LH, follikulstimullaşdırıcı hormon – FSH) və prolaktin hazırlanır;
Qonadotrop hormonların təsiri altında qadın yumurtalıqlarında estrogenlər (qadın cinsi hormonları), androgenlər (kişi cinsi hormonları) və progesteron hormonlarının hazırlanması və ifraz edilməsi baş verir. Digər hormonlara nisbətən androgen hormonlar qadın orqanizmi tərəfindən daha az miqdarda hazırlanır.


Tarix: 22.05.2013 / 21:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...