Bir sabah qadının belində sənək,
Yolda gah üşüyüb gah əsnəyərək,
Dönüb qayıdanda bulaq baçından
Yolda söz atmışdı ona bir cavan.
Bir dayan ay deden de haralısan,
De hansı dagların tek maralısan?
Qadın bu səsdəki hissi-hörmətə,
Təmiz şairanə bir məhəbbətə
Cavab vermiyərək evə tələsmiş.
Vücudu yel kimi titrəyib əsmiş.
Sonrada kişini tutaraq dilə
Açmış əhvəlatı o gülə-gülə.
İnək göz etməsı buga siçramaz
Deyərək qadına vurulan qapaz
Qadının başını endirmiş yerə.
O məhkum insane tutulan dirə
Özün görürsənki bir faciədir.
Anlayın sizdəki qısqanclıq nədir
O gündən qadının qəlbi qanadı
Birdə açılmadı qolu-qanadı.
Qəfəsdə inləyən o yaralı quş,
Açıq bilirdiki təhqir olunmuş..
Odurki hər zaman ah çəkib aglar
Ahını dinlədi dinləyən daglar.
O gündən bəriyə bir gün görmədi
Onun cavan ömrü uzun sürmədi.
Qadın bu dərd ilə içini yedi
Bir axşam varlıqa əlvida dedi.
Çökdü evimizə acı bir sükut.
Gülürdü saglara o ölü tabut
O gündən dəyişdi kişinin halı
P ozuldu onun da fikri, xəyali.
Arabir qadının yatdiqi yere
Baxıb agliyirdı o birdən birə.
Tutduqu işlərı peşiman kimi,
Vaxtsız ayrılıqa dözmədi qəlbi
Agardi saqqali, saçı qar oldu,
Dərdi yetim qalmış uşaqlar oldu.
Dərdini, fikrini dagıtmaq üçün,
Gedib qonşuları gəzərdi bir-bir.
Gəzdiyi məhf olmuş səadət idi.
Son təsəllisi də ibadət idi.
Ki, Tanrı əfv edə onun suçunu.
O gündən gülmədi ömrü uzunu.
Sizdə anlıyınki qısqanclıq nədi
Anla ki, dogurdan o faciədi.
Tarix: 09.06.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri