Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq otağı hazırlayarkən diqqət edilməli olanlar

Həyata gözlərini yenicə açacaq körpənizin otağı düzgün qurulmalıdır.
Körpənizin inkişaf müddətində vaxtını keçirəcəyi otağında funksional mebellər, sağlam ləvazimatlar və etibarlılıq ən əhəmiyyətli təsirlərdəndir.
Körpə yatağı mütləq körpə anadan olmadan əvvəl seçilməlidir. Bütün mebellərdə olduğu kimi funksionallıq və sağlam məhsullara diqqət edilməlidir.



Körpənizin geyimlərini, alt patlarlarını, corablarını qoyacağınız rəfləri istifadədən əvvəl mütləq təmizləyin. Mebel alarkən siyirtmələrin dərinliklərinə, səssiz işləməsinə diqqət yetirin.



Ümumiyyətlə körpə dolabları dar və alçaq istehsal olunur. İlk baxışdan kiçik həcmi sizə sevimli gəlsə də körpənizin tez bir zamanda böyüyəcəyini unutmayın və əgər büdcəniz kifayət qədərdirsə, böyük dolab seçməyə üstünlük verin.



Mebelləri seçərkən kənarlarının dəyirmi olmasına diqqət yetirin. Mümkün qədər şüşə mahsullardan uzaq durun.



Otağı hazırlayarkən özünüz barədə də düşünməyi unutmayın. Otağın bir küncünə kreslo yerləşdirərək yuxusuz gecələrinizdə özünüzə köməkçi olun. Yuxusuz gecələr sizi gözləyir.



Körpənizin iməkləmə mərhələsində xalçalar çox əhəmiyyətlidir. Antibakterial, minimum tüklü modellər körpənizin sağlamlığı üçün çox vacibdir.



İşıqlandırmada sərt işıqlar yerinə sarı və daha yumşaq işıqlandırmalar seçməlisiniz.



Büdcəniz uyğundursa, mebelləri almazdan əvvəl bir konsept - dənizçi, heyvan, mələk, kraliça - müəyyənləşdirin.. Belə konsept mebel və aksesuar seçimində işinizi yüngülləşdirər.


Əgər körpənizin otağında münasib yer varsa, rahat divan da yerləşdirə bilərsiniz.


Tarix: 16.05.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...