Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerika qadınları həyat yoldaşını necə seçir?

Qadınlar hansı hisslərə ehtiyac duyursa, gələcək həyat yoldaşlarını da bu hisslərini cəmləşdirən birinin timsalında seçir. Amerikanın Texas Universitetinin apardığı bir araşdırma nəticəsində məlum olub ki, qadınlar evlilik məsələsində və gələcək həyat yoldaşı seçimində bir qədər iddialıdırlar. Araşdırmada bildirilir ki, qadınlar hər şeyi birdən tələb edirlər. 120-dən artıq qadının qatıldığı sorğunun nəticələrinə görə, qadınlar gələcək həyat yoldaşlarını bu göstəricilərə əsasən seçirlər:

Sağlam genetikası olmalı;
Yaxşı görünüşə sahib olmalı;
Maddi vəziyyəti normal olmalı;
Romantik olmalı;
Ailəcanlı olmalıdır.


Kişilər həyat yoldaşını bu xüsusiyyətlərinə görə seçirlər :

Kişilər ən birinci qadının özünə nə qədər güvəndiyinə diqqət edirlər - başınızı və bədəninizi dik tutursunuzsa, gözlərinizi qaçırmırsınızsa və onun əlini möhkəmcə tutursunuzsa, bu sizin özünüzə güvəndiyinizi göstərir. Özünə güvənən kişilər məhz bu cür qadınlardan xoşlanır, amma yumşaq ruhlu, sadə kişilər utancaq, çəkingən qadınları bəyənirlər.

Qadından gözəl uşaqları olub-olmayacağını düşünürlər - əksər kişilər görüşdüyü qadının xarici görünüşünə baxaraq gələcək uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.
Qadının ehtiraslı olması əhəmiyyətlidir - nə qədər gülməli görünsə də, kişilər yeməklə ehtiras arasında maraqlı bir əlaqə qururlar. Onlara görə yeməkdə iştahlı qadın, yataqda ehtiraslıdır.

Azad ruhlu qadınları sevirlər - geyiminizə baxaraq sizin çılğın, yoxsa klassik ruhlu biri olub-olmadığınızı müəyyən edirlər. Çünki cəsur geyim tərzi qadının azadlığı sevdiyini göstərir. Geyim tərziniz fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə, özünü dərhal büruzə verir.

Qadının sənətini dərhal təxmin edir - Rusiyada aparılan bir araşdırmaya görə, qısa və baxımlı saçlar hüquq, maliyyə kimi sektorlarda işləyən qadınlar tərəfindən seçilir. Adət etmədiyimiz, fərqli görünüşlü saçların sahibi, dəblə ayaqlaşan görünüşü olan qadınlar da KİV, reklam ya da ictimaiyyətlə əlaqələr sektorunda işləyir. Boyunun arxasında və ya təpədə yığılan saçların sahibləri müəllim ya da həkimdir. Kişilər elə hesab edirlər ki, dikdaban ayaqqabı geyən, ağ və ya mavi köynəkdən, qısa ətəkdən istifadə edən qadınlar karyera sahibi, müvəffəqiyyətli, özünə əmin insanlardır.

Qadının bədən ətri vacibdir - kişilər ilk tanış olduğu qadının ətrinə böyük önəm verirlər. Bu, hamımızın istifadə etdiyi kimyəvi ətirlər deyil. Bildiyiniz kimi, hamımızın özümüzə xas qoxumuz var və kişilər də ilk görüşdə qadının məhz bu qoxusunu duymağa çalışırlar.

Şikayəti sevmirlər - kişinin soruşduğu hər suala şikayət cümləsi ilə başlayan qadınla heç bir kişi əlaqəsini davam etdirmək istəmir. Çünki kişilər həyatı olduğu kimi qəbul edirlər və qətiyyən şikayət sevməzlər. Sizin hadisələri ələ alışınızdan ömür boyu deyilib-deyilməyəcəyinizi anlaya bilərlər.

Kişilər onu bəyəndiyiniz ilk 20 saniyədə anlayırlar. Sizin baxışlarınız, əlləriniz, danışıq tərziniz sizin haqqınızda hər şeyi ona “danışır”.


Tarix: 16.05.2013 / 20:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...