Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşlı göstərən makiyaj səhvləri

Tonal kremin rəngini yaxşı seçin!
Hər nə qədər gəncliyinizdə açıq rəng tonal krem istifadə etməniz təklif edilsə də, yaşlandıqca tonal kremlərinizi bədəninizdən bir iki ton tünd olanları seçməlisiniz. Beləcə bədəninizi daha canlı göstərmiş olarsınız.



Göz altlarınızda bağlayıcını daha çox istifadə edin
Yaşlılığın ilk əlamətləri üzümüzün ən diqqət çəkən bölgəsi olan göz ətrafında başlar və sıx olaraq görülər. Bu bölgəni bağlayıcınızı sıx tətbiq edərək, açıq rənglərlə işıqlıq görünməsini təmin edə bilərsiniz. Lakin bağlayıcını yalnız tünd qisimlərdə istifadə edin.










'T' bölgəsində pudra istifadə edin!
Tonal kreminizi çəkdikdən bir müddət sonra üzünüzün alın və çənə qisimi arasında yağlanılma başlar. Bu da makiyajınızı pis və üzünüzü yaşlı göstərər. Daha təzə bir görünüş əldə etmək üçün bu bölgədə pudra istifadə edin.



Yanaqlarınızda təbiiliyi üstün tutun!
Gənc görünmənin sirrinin təbii görünməkdən keçdiyini hamımız bilirik. Yanaqlarınızda təbii bir görünüş tutmaq üçün ənliyinizi, yalnız yanağınızın burnunuza yaxın olan qisimində istifadə etmək yerinə bütün almacıq sümüyünü boyunca paylayın. Tünd və çox şişirdilmiş rənglər sizi daha yaşlı göstərəcəyindən, açıq çəhrayı tonlarını seçməlisiniz.



Dodaq boyanız uçmasın
Yaşınız irəlilədikcə, təbii dodaq xəttinizdə yox olmağa başlar. Bu da dodaq boyasının dağılmasını və rənginin daha tez itməsinə gətirib çıxarar. Bu səbəblə dodaq boyanızın tətbiqdən əvvəl, dodaq qələmi ilə rəngləndirib dodaq boyanızı elə çəkin.



Pomada rəngində seçkinizə diqqət yetirin!
Əmtəəlik, parlaq və tünd rənglər dodaqlarınızı daha incə, sizi isə daha yaşlı göstərər. Bu səbəblə daha təbii tonları seçməyə diqqət edin. Əgər yüngül bir işıltı istəsəniz, şəffaf dodaq parladıcılarından çox şişirdilmiş olmayacaq şəkildə istifadə edə bilərsiniz.



Alt kirpiklərinizdə kirpik üçün tuş və göz qələmi istifadə etməyin!
Kirpik üçün tuş çəkdiyiniz andan etibarən çox diqqət çəkən bir makiyaj vəsaitidir. Alt kirpiklərinizə tətbiq edəcəyiniz kirpik üçün tuş ilə gözlərinin alt qisiminə diqqəti çəkərsiniz və bu bölgədəki problemləri ön plana çıxartmış olarsınız. Eyni zamanda çox sıx və kirpiklərin ayrı görünməsini maneə törədən kirpik üçün tuşlardan uzaq durun. Yaşımız irəlilədikcə, kirpiklər daha qurulaşar və kirpikləriniz üzünüzə düşər. Unutmayın gözlərinizi daha böyük və cazibədar göstərmək üçün təcrübə eə biləcəyiniz ən asan yol, kirpik qıvırıcılardır.



Göz kənarlarınıza işıltı əlavə edin!
Göz makiyajınızda istifadə edəcəyiniz yüngül bir işıltı, makiyajınızın çox qatı və donuq olmasına mane olar. Gözünüzün iç küncü, göz qapaqlarınıza və qaş altı xəttinizə tətbiq etməkdən qaçın bu sizi daha yaşlı göstərər.


Tarix: 16.06.2013 / 13:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...