ütlükərin çox vaxt lazımsız yerə mübahisəyə səbəb olan bəzi vəziyyətlərədə çıxış yeri axtarır.Araşdırma nəticəsində cütlüklər arasında ən çox nəyin üstündə mübahisə yaranır deyə öyrəndilər.Və bunu aradan qaldırmaq üçün bir növ məslətlər etdilər
Corabları çirkli paltar arasına atmayan kişi.
Bəli, çoxu bunu edir! Corablarını, pijamalarını ortada buraxan bir çox kişi var. Bir deyil, iki deyil... Həyatının ilk 25 ilini anasıyla keçirən partneriniz, bu barədə müvəffəqiyyətli olmaya bilər. Bu mövzuda haqlı olsanız da məsələni həddindən çox böyüdüb geniş diametrli bir döyüşü başlatmayın. Ona vəziyyəti nəzakətli bir səs tonuyla izah edin və çirkli səbətinin harada dayandığını lazım olsa birlikdə yanına gedərək görsədin. Şirin söz, ilanı yuvasından çıxardığı kimi partnerinizin içindəki nizamlı kişini də qabığından çıxara bilər.
Ordan deyil, burdan gedəcəkdik...
Təsəvvür edin ki bir yay tətili üçün yolla çıxmısınız! O yol sənin, bu yol mənim gəzirsiniz. Maşınınızda kondisionerin təmin etdiyi sərinlik və Cd-playerindən yüksələn xoş melodiyalar , gömgöy dəniz mənzərəsinin kefini çıxarırsınız. Bu anda yolun gedişatını unudursunuz. Səhv yola gedə bilər, itə bilərsiniz. Bu əsnada heç vaxt bir-birinizi günahlandırıb lazımsız mübahisə çıxarmayın.! Yarım saat daha çox gəzərsiniz, 10 kilometr daha çox benzin xərcləsəniz sizə heç bir şey olmaz Tətilə stressdən uzaqlaşmaq üçün gəldiniz,stressi yanınızda gətirmək üçün deyil...
Köhnə qız (kişi ) yoldaşlar
Keçmişin izləri nə etsəniz də asan silinə bilmir. Hələ ictimai media, köhnə qız yoldaş və ya köhnə kişi yoldaşların yenidən meydana çıxmasına istər istəməz qaçınılmazdır. Artıq ünsiyyət çağında olduğumuzu və keçmişdə qalmış bəzi yaşanmışlıqların yenidən su səthinə çıxmasının çox da asan olmadığını qəbul edin. Mesajını bəyənmiş, yoldaş olaraq əlavə etmiş... Bu kimi detallara həddindən çox baş qoşmayın və aranızı pozmayın... Seçdiyi adam ‘sizsiniz', unutmayın!
Pultu mənə ver!
Pult paylaşa bilməmə hadisəsi :) Gülməli olsa da bu səbəbdən mübasi yaratmağa davam edən cütlükərin sayı da heç az deyil! Zamanınızı ekrana yönəltmək əvəzinə bir-birinizə baxmağı təcrüb edin! ‘Mən ona baxmaq istəmirəm, seriala ( futbola ) baxmaq istəyirəm' deyənlərdənsinizsə, bunu səs-küylə həll etmək yerinə televizoru söndürün.Və istədiyinz qədər mübahisə edin.Bir də baxacaqsınız ki saatlar keçin və baxılası lazım olan serialınız ( fudbolunuz ) yoxdur.:)
Tarix: 13.05.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri