Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar daxilən zəifdir..

Bir qadın çox üzgün, çox peşman olsa belə özünü hər kəsə xoşbəxt göstərməyi bacarar. Kişilərin çoxu beləliklə qadınların daxilən güclü olduqlarına inanar, aldanar, amma halbuki qadınlar sadəcə xaricən belə göstərirlər özlərini, belə göstərməyi bacarırlar. Bir qadının içində fırtınalar qopsa belə təmkinli davranıb özünü kişilərdən belə güclü göstərər. Bu qadın psixologiyasından asılı olan bir şeydir, özlərini zəif göstərməyi özlərinə sığışdırmazlar və əlbəttə bir qadın ancaq özünə sərf edərsə özünü güclü göstərəcək. Əks halda ağlamalar, sızlamalar... Kişilərin böyük qismi dərdli, bikef olduqları zaman bunu xariclərinə də yansıdarlar. Məsələn buna dərdli olduqları zaman içki içməklərini və ard arda siqaret çəkməklərini misal göstərmək olar, Bu yolla kişilər üzgün olduğunu istəməsələr də bildirərlər, özlərini ələ verərlər. Kişilər problemli olduqları zaman xasiyyətləri dəyişə bilər, daha aqressiv olarlar və birisi ilə danışarkən əsəbi danışarlar və qarşısındakı insan həmən anda kişinin bir dərdi olduğunu anlayar.
Amma bir qadın üzgün olduğu zaman özünü dünyanın ən xoşbəxt qadını kimi göstərməyi böyük bir ustalıqla bacarar. Bəlkə də buna görə dünyada içki içən və siqaret çəkən qadınlar kişilərdən qat-qat azdır.. Qadınların bəzi davranışları illərdir hələ də kişilər tərəfindən anlaşılmaz olaraq qalır, bunlardan biri də çox üzgün olduqları zaman özlərini xoşbəxt göstərmək bacarıqlarıdır.


Tarix: 24.05.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 71 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...