Kişi və qadın olmasından asılı olmayaraq heç bir insan ideal deyil. Bəzi hallarda insan, xüsusilə kişi və qadın arasındakı münasibətlərdə, özündən asılı olmayaraq başqalarını öz hərəkət və davranışları ilə qıcıqlandıra bilər. Bu məqalədə kişiləri qadınların davranışında qıcıqlandıran bəzi faktorlarla tanış olacağıq.
Beləliklə başlayaq :)
Punktuallığın olmaması. Qadınların naz-qəmzəsi nə qədər görməyə alışdığımız şeylər olsa da, onlara görüş yerinə gecikmək də xasdır. Bəli bu sadəcə 10 dəqiqə də ola bilər. Xırda, hətta əhəmiyyətsiz bir şey kimi görənsə də, əmin olun bu kişiləri çox qıcıqlandıra bilər :) Bəli, çoxlarınız deyəcəksiniz, indiyə qədər sevgilinizlə görüşə heç vaxt gecikməmisiniz :) bəziləriniz isə iddia edəcək ki, gecikməklə sevdiyiniz insanları yoxlamaq imkanı qazanırsınız. Üçüncü bir qisminiz isə, kişilərin onsuz da sizə elə bir yardımının toxunmadığını bildirməklə, onlardan qisas aldığınızı deyəcəksiniz :)
P.S. bəli, əziz xanımlar siz yenə də haqlısız, bizlər də ləngiyirik :)
Provakasiya. Başlıq bəlkə qadınları çaşdıra bilər. Ancaq burada qadınlar tərəfindən ən çox səsləndirilən və kişilərin o qədər də sevmədiyi sual və ifadələr yer alıb. Beləliklə: “sən məni sevirsən?” “biz ciddi söhbət etməliyik” “Mən sənin xoşuna gəlirəm?” “Nə haqda düşünürsən?” “Kişi ol da!” və sairə :) adi və alışılmış ifadələr olsa da, inanın bunlar kişiləri qıcıqlandıracaq katalizatorlardır J təbii ki, burada da yazılanlarla razılaşmayan çoxlu sayda zərif cins nümayəndələri olacaq. Ancaq gəlin bir məqama toxunaq. Sizin inandığınız və səmimi qəlbdən sevdiyiniz insan sizə qarşı eyni hisləri bəslədiyi üçün siz birlikdəsiniz. O sizi digərlərindən fərqli bildiyi üçün sizi seçib. O sizi dünyanın ən zərif və incə varlığı kimi sevdiyi üçün siz birlikdəsiniz. Sizin sevdiyiniz şəxsə o cür ifadələrlə müraciət etməyiniz ilk növbədə sizin bu münasibətlərdən, onun hisslərindən əmin olmadığınızın göstəricisidir. Sevgililər arasında etibarın olmaması isə qıcıqlanmadan daha pis nəticələrə səbəb ola bilər.
Qısqanclıq. Qadınların qısqanclığına həmişə səbəb var. qisqanclıq olmalıdır, həddində olan qısqanclıq kişilərə də xoşdur. Çünki bu sevgililərin bir-birinə laqeyd olmadığını göstərir. Ancaq beyindən çıxmayan qısqanclıq hər ikinizin əsəblərini tarıma çəkə bilər.
Tənqid. Söhbətinizi iş yerinizdəki, universitetdəki və ya qonşuluğunuzdakı rəfiqələrinizin tənqidinə həsr etməyin. Çünki zaman tapıb bərabər olduğunuz vaxtları başqalarına deyil, özünüzə həsr edin :)
Qadın gücsüzlüyü. Əlbəttə hər bir qadın onu qoruya bilən, problemlərinin daşını daş üstə qoymayan birinə ehtiyac duyur :) ancaq hər xırda məsələ üçün onun köməyinə arxalanmaq sizcə doğrudurmu? Axı siz əlil və ya şikəst deyilsiniz və o hər zaman siz istədiyinizdə yanınızda olmaya bilər. Belə olan halda kişilərin özünə sizin heç də köməksiz və gücsüz olmadığınızı sübut etməyiniz lazımdır. Bu müasir qadınlara xas olan xüsusiyyət olmalıdır.
Günahkar axtarışı. Qorxaq, hər zaman inləyən insanlar istisna olmaqla kişilər hər zaman öz səhvlərini etiraf edirlər. Və sənin hər hansı bir uğursuzluqda özündən başqa hamını günahkar hesab etməyin sevdiyin insanı qıcıqlandıra bilər. Çünki eyni hadisənin şahidi olduğunuz zaman rəfiqəniz və ya dostunuz problemlərində hamını, hətta sizi də müəyyən qədər günahkar bilməsi sizi tam haqlı olaraq əsəbiləşdirəcək. O halda başqaları kimi hərəkət etmək ən azı yanlışlıqdır. Hər bir səhv insanın öz əməllərinin nəticəsidir. Və səhvləri ilk növbədə özündə axtarmaq uğur yolunda ilk addımdır.
Məcburiyyət. Əlbəttə qadınların hər bir şıltaqlığına özünü hazır sayan mazoxistlər var:) birlikdə mağazaları dolaşmaq, birlikdə qeybət qırmaq :) öz məqsədlərinə çatmaq üçün qadınların bu metoddan istifadəsi geniş yayılıb:) İnanın gözəl günəşli günlərin birində bu sevgilinizi əməlli başlı bezdirə bilər :)
Bəli biz mükəmməl deyilik, hər birimizin müəyyən xüsusiyyətləri ətrafımızdakı insanları qıcıqlandıra və əsəbiləşdirə bilər. Gəlin bu çatışmazlıqların daha da azalmasına çalışaq və öz vicdanımız, hisslərimiz və fikirlərimizlə harmoniya içində yaşayaq
Tarix: 17.05.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri