Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər gün aparılan təmizlik işləri qadinlari xəstəliklərdən müdafiə edir

Mütəxəssislər qadınların sağlamlıqla bağlı problemlərinin aradan qaldırılmasının asan yollarını aşkar ediblər.

Məlum olub ki, hər bir qadın özü orqanizmində yaranan ciddi xəstəliklərin inkişafının qarşısını ala bilər.

Alimlər zərif cinsin bir neçə min təmsilçilərinin həyat tərzlərini müşahidə etdikdən sonra müəyyən etdilər ki, ev işləri ilə tez-tez məşğul olan qadınlar, digərləri ilə müqayisədə daha sağlam olurlar.

Belə, gündə ən azından 1 saat təmizlik işləri aparan qadınlar döş xərçəngin inkişafı riskinə 17% az məruz qalırlar.

Həmçinin, soyuqdəymə xəstəliklərin inkişafı riski azalır, ürək-damar və qan sistemi yaxşılaşır.

Belə işlər xüsusən menopauza və postmenopauza dövrünü yaşayan qadınlar üçün xeyirlidir.

Bunula belə tibb işçiləri qeyd etdilər ki, qadınlar müxtəlif yaşlarda daim fiziki aktiv qalmalıdırlar.

Ev işlərini həmçinin bağ işləri, üzgüçülük, velosiped sürmək və ya rəqslər ilə də əvəz etmək olar.


Tarix: 18.05.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...