Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atılan, ya da tərk edən qadının davranışları

Ayrılıqlardan sonra hər iki tərəf ağır depressiv dövr keçirir. Kişilər içki, əyləncə ilə başlarını qatır, qadınlarsa bütün diqqətlərini saçlarına yönəldirlər. Bəs qadınlar başqa nələr edirlər?

1. Dinamika:
Əlbəttə, hər ayrılıqdan sonra yaşadığınız şəhəri dəyişdirə bilməzsiniz, amma bir çox insan incik qəlblərini azca da olsa sakitləşdirmək üçün başqa yerə köçür. Yaxşı olardı ki, düşünülməmiş hərəkətlər etməyəsiniz. Yeni bir şəhərdə başlanğıc, keçmişi unutmaq üçün cazibədar görünsə də ilk həyəcan səngidikdən sonra peşmanlıq yarada bilər.

2. Dekorasiyanı dəyişmək:
Bu, daha çox köhnə sevgilisi ilə birlikdə yaşayan və indi evdə tək yaşamağa məcbur olan qadınlar üçündür...Yeni dekorasiya dəyişimi, xırda bir şey olsa da tək yaşamağa başlamaq üçün çox simvolik addımdır.

3. Yeni hobbi:
Subay, sevgilisiz olmaq, əslində, təsvir olunduğu qədər darıxdırıcı və pis şey deyil. Bu vaxtı yaxşı dəyərləndirmək lazımdır. Məsələn, uzun müddətdir öyrənmək, etmək istədiyiniz şeylər, bir sözlə, yeni bir hobbi üçün kifayət qədər vaxtınız var. Yoqa ilə məşğul olmaq, hər hansı musiqi alətində çalmağı, rəsm çəkməyi, özünüzə paltarlar tikməyi yoxlaya və hətta dil öyrənmə kurslarına belə yazıla bilərsiniz...

4. Ruhi və fiziki təmizlənmə:
Ayrılıqlar bir növ yeni ilin başlanğıcı kimidir; insana güc verir. Məsələn, əvvəllər vegeterian olmaq istəmisiniz, lakin iradəniz yetməyibsə, indi onu bir daha sınaqdan keçirin. Bu cür çətin işin öhdəsindən gəlmək sizə güclü özünəinam hissi bəxş edəcək. Bu, həm də yeni insanlarla tanış olmaq, daha kommunikativ şəxs olmağı öyrənmək üçün də əla vaxtdır.

5. Tətil, tətil, tətil!
Tək və ya bir neçə dostunuzla birlikdə, monoton gündəlik həyatınızdan bir müddətlik uzaqlaşmaq ayrılıqdan sonra ediləcəklər siyahısında ilk pillələrdədir! Lap bunu qaçmaq kimi qiymətləndirsəniz də bir həqiqət dəyişməz qalır: yeni yerlər görmək, yeni insanlarla tanış olmaq, özünüzə bağlı yeni məqamları kəşf etmək vaxt itkisi sayıla bilməz!


Tarix: 18.05.2013 / 14:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...