İndiyə qədər yalnız şərqli kişilərinin sarışın qadınlardan xoşu gəldiyi güman edilirdi. Halbuki Avropalı kişilər də sarışın qadınları xoşlayır. Almaniyanın "Laura" dərgisinin araşdırmasına görə, kişilərin yataqda arzuladıqları qadınlar sarışınlardı. Lakin kişilər ciddi münasibətlərdə, evlilikdə qumral qadınları seçirlər.
Demək ki, Bricit Bardo, Merilin Monro kimi əfsanəvi sarışınlar hələ də öz populyarlıqlarını qoruyurlar ki, "Laura" jurnalının araşdırmasında Alman kişilərinin 47 faizi yataqda sarışın qadınları arzuladıqlarını bildiriblər. Lakin uzun və sabit münasibətlər məsələsi ortaya çıxanda, kişilərin 29 faizi qumral qadınlarla evlənmək istədiklərini deyiblər.
Bu araşdırmanı şərh edən psixoloq Konstanze Fakih, sarışın qadınların daha cazibədar göründüyü üçün kişilərin onları arzuladıqlarını, qaraşınların "isti" olduqlarından dolayı ideal həyat yoldaşı hesab edildiyini deyib.
Araşdırmadan sonra ortaya çıxan daha bir maraqlı fakt isə, kişilərin qırmızı saçlı və əsmər qadınlardan çəkinməsidir. Kişilərin 18 faizi əsmər qadınlardan xoşlarının gəldiyini desə də, onların yalnız 14 faizi əsmər qadınlarla evlənmək istədiklərini söyləyib. Qırmızı saçlı qadınlar üçün vəziyyət daha da pisdi. Qırmızı saçlı qadınlardan xoşu gələnlərin nisbəti 6 faiz ikən, yalnız 3 faizi qırmızı saçlı qadınlarla evlənməyi arzulayır.
Tarix: 25.05.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri