Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər şey geridə qaldı

Hər şey geridə qaldı,



Yuxularda, xəyallarda, melodiyalarda, hər yerdə...



Halbuki nə qədər də yaxın idin.



Nə qədər...



Bir mahnı qədər...



Gecə kimsəsiz , gecə tək, keçmiş ilmə ilmə ayrılarkən üzərimdən, Sənin ürəyin necə?



Soyuqmu hələ?İstilədə bildinmi yalan eşqlərlə?



Kaş ki yeni dadlarla, dadımızı pozmasaydıq amma...



Gec oldu qanınca senin tərəfindən...



Çoxmu gec oldu qovuşmamıza?...



Hər eşq bir gün bitər, yenisi üstünü örtər bir müddət sonra. Bizki ötəri tanışlıqmı o böyük eşqi görəsən?...



O gözəl gözləri içimə işləyən adam, fərqindəsənmi amma, Ürəyimin ortasına atdın imzanı, indi gəl də sil...



Yaxşı hansı cəhənnəmdəsən daha? Nə tez yoruldun...



Çıx qaranlığından, eşidirsənmi məni, çıx!...



Keçmişin izləri var üzərində, onu da sil...



Peşmanlıqmı var , sürətlicə sil, haydı!...



Bax, üzümdə bulud, gözlərimdə yağış əskik olmur...



Gəl əllərinlə sil, o gözəl deyə toxunmalara qıya bilmədiyin gözlərimi..



Sil!...



Sil at yaşatdıqlarını, yaşada bilmədiklərini...



Yaralayan xatirələri, sil at!...



Halbuki anlıq deyildi sevişmələrimiz, anlıq deyildi dəyən bədənlərimiz...



An, bizim üzərimizdə dayandı da bizmi fərqinə varmadıq...



Ayrı bədənlərdə ilk fikirdə "biz" olmadıqmı?



Halbuki heç qorxmamışdıq kimsədən...



Kimsədən...



Hislərimizi belə hiss edə bilməzkən aşan iztirabında, Hər şey keçdi üzərimizdən də, Biz, ürəklərimiz əllərimizdə, hara itdik?



İç içə keçmişkən, xəyanətin qaranlığında...



Aşdı şüşələr ilk gecədən və ilk gecədən axdı qırmızı şərab kimi qan içimizə...



Bildiyimiz bir melodiya yoldaşlığında, sən və mən...



Əlin dəydi üzümə, kirpiklərin ox ox ürəyimə...



Və o gözlər nə qədər də sərt dəydi gözümün gizli yaşılına...



Aşan, bizimlə var olduğu o son halının şəkilini çəkə bildikmi Gözyaşlarımızla?



Bacara tbildikmi ?



Sevə bildikmı?



Edə bildikmi hər şeyə və hər kəsə baxmayaraq?



Eşqdən yorğun bu iki bədən, canlandımı sən tərəfindən bədənlərimizlə?



Aşiq olduqmu düzgündən sən tərəfindən?...



Bədənə toxunmaq deyildi ki əsl məsələ...



Ac deyildi ruhlarımız, doymuşduq, doyurmuşduq çoxdan, bir-birimizlə...



Bəlkə bir gözəl dəydi əlinə, bəlkə bir nota təsir etdi bir axşam, Ola bilərmi sən tərəfindən?



Bədənə toxunmaq deyil, məni dinlə!...



Ürəyə toxunmaq başqa, budur əsas məsələ...



Bədənə toxunan itər,



Ürəyə toxunan eşqi pıçıldayar,



Hər an hər saniyə, sevgiylə...



Yaxşı sən kim idin ki gəlib, deyib,



Deşib, xərcləyib eşqi, getdin belə...



Hər şey bitdi , bir-birimizə başlaya bilmədən yenə...



Çox təəssüf...



Biz yüngüllə isək də bizsiz, melodiyalar ağır gəldi bəzən...



Gecəni ağızımızda məzə dadıyla nöqtələdik...



Saxtaca...



Yaxşı içkinin yanında hər gecə,



Xatırlayacağın qadın,



Hər səfərində "mən" mi olacaqdım,



O çox sevdiyin ehtiraslı mövqedə...



"Gözəl gözlüm" deyə deyə...



Sən sadəcə ehtirasın çirkin qurbanısan!!!!!!!!


Tarix: 10.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...