Kişilərin qadınları hansı parametrlərə görə seçməsi ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Son belə araşdırmalardan birinin nəticəsinə əsasən, kişilər qısamüddətli əlaqələr üçün seçdikləri qadınların daha çox bədən fiqurlarına üstünlük verirlər. Lakin evləndikləri qadınlarında üz gözəlliyini əsas tuturlar. Texas universitetinin alimləri bu amili onunla əlaqələndirirlər ki, qadınların üz cizgilərinə görə onun hansı keyfiyyətlərə malik olması, nəsli davam etdirmək imkanlarını müəyyənləşdirmək daha asandır. Təcrübələrdə 375 qadın və kişi iştirak edib. Qadınların üzləri və bədən fiqurları müəyyənləşdirilməsi çətin həddə qədər qaraldılıb. Qadınlar istəklərinə uyğun kişiləri üz cizgilərinə görə seçiblər. Lakin kişilər yuxarıda qeyd olunan istəklərinə uyğun seçim ediblər.
Tarix: 16.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri