Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompyuter vaxtsız qırışlara səbəb olur

Britaniyalı kosmetoloq həkim Maykl Preyger hesab edir ki, sifətin vaxtından qabaq qocalmasının səbəblərindən biri kompyuter arxasında işləməkdir.

O qeyd edib ki, onun üzündə vaxtsız qocalma əlamətləri olan pasiyentləri arasında kompyuterin monitoru qarşısında oturan qadınların faizi yüksəkdir. Tibb işçiləri belə vəziyyəti “kompyuter siması” termini ilə ifadə edirlər. Simptomları: sifətdə sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.

Həkimlər “kompyuter simasının” səbəbini kompyuter arxasında oturuş tərzində (başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki hərəkətlərdə görürlər. Kosmetoloq qadınlara kompyuterin yanına qoyulan güzgünün köməyi ilə öz mimik hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını keçirməyi tövsiyə edir.


Tarix: 18.05.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...