Adam kimi adam deyərlər də, qadın kimi qadın deməzlər məsələn. Daş kimi deyərlər. Soyuq olmaq məcburiyyətindədir, hiss etməməsi lazımdır, yaxşı görünməlidir amma elə çox iddialı da olmaması lazımdır. Kişinin yanında yerini bilməlidir.
Qadın olmaq günahdır bu həyatda. Sevərsən dəli deyərlər, sevməzsən pis deyərlər. Əldə edərlər sadə olarsan, əldə edə bilmədiklərində şər obyekti, yüngül qız olarsan. Susarsan bir şey bilmir deyərlər, susmazsan dili uzun deyərlər
Kişi olmaq doğuşdan bir gücdür, qadın olmaq əskiklikdir, gücsüzlükdür. Əskikdir qadın Ağlı çatmaz, gözü açılmamalı, kürəyindən çubuq qarınından dayça əskik olmamalıdır. Qadın, şeytana açılan qapıdır çünki. O qapını, qadına açtırtmamalı.
Halbuki kişidir qadını əskik hala gətirən, namusunu götürüb ətək altına itələyən, inanclarını yox edən. Kişidir bir mələkdən şeytan yaratmasını bilən.
Qadın olmaq ətəyini uzun tutmaqdır, başqalarının günahlarının əvəzini özünün ödəməsidir. Qadın səthidir ətrafda və kompleksdir kişidən istədiyi şeylərdə Halbuki qadın dərindir və dərinə dalmasını bilən vurğun yemə ehtimalını da gözə ala bilməlidir. Cəsurdur qadın, kişi kimi ölçüb biçməz. Sevirsə cəsarətlə irəli atılar, sevdiyi üçün bütün maneələri aşar. Halbuki kişi qorxaqdır. Nə qadınla əlaqəsini itirmək istər nə də ona bir gələcək vəd edər Ehtiyatda tutar. Daha yaxşısını tapa bilməzsə, əlinin altındakı ilə idarə edər.
Qadın kompleks kimi görünər amma istədiyi üç şey; sevgi, sədaqət, dürüstlükdür
Tanışlığa razılıq versən "yüngül" qızdır deyərlər, əhəmiyyət verməsən özündən razı. Azərbaycanda qadın olmaq belə duyğudur.
Tarix: 16.05.2013 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri