Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağıllı alış-veriş məsləhətləri

Çox pul xərcləmədən, yalnız bir neçə paltarla bütün mövsümü sovuşdura bilərsən.

Qarderobunu boşalt: Paltarların gözünün qarşısında olmadan nəyə ehtiyacın olub olmadığını bilmərsən. Bunun üçün, lazım olsa bütün qarderobunu boşaldıb, paltarlarının hamısını gözdən keçir. Zibilə atılacaqları, birinə veriləcəkləri və tikilmək tələb edənləri tək-tək qruplaşdır.

Ehtiyaclarını təyin et: Mövsüm nə olursa olsun, təməl bəzi paltarların qarderobunda olması şərtdir. Qara klassik seqment bir şalvar, keyfiyyətli bir jeans ətək və hər yerdə geyə biləcəyin mövsümlük bir paltar hər vaxt həyatını qurtarar. Təbii ki, bu paltarlarla kombinə edə biləcəyin trend bir neçə paltara da ehtiyacın olacaq.

Trendi izlə: Jurnallardan, vitrinlərdən, və TVdəki moda proqramlarından mövsümün dəbini öyrənərək, çox sevdiyin, ancaq dəbdən düşdüyü üçün artıq geyə bilmədiyin parçaları necə qiymətləndirə biləcəyini öyrən. Məsələn uzun jeans ətəyini, yalnız bir qayçı köməyiylə çəp kəsərək asimmetrik bir ətəyə sahib ola bilərsən. Eyni şəkildə dəbdən düşən jeans pencəklərinə, müxtəlif üsullarla yeni bir görüntü qazandıra bilərsən.

Ucuz yerləri kəşf et: Yeni mövsümdə hər şeyin çox bahalı olduğu bir gerçəkdir. Əgər büdcəni azaltmadan modanı izləmək istəyirsənsə, sahildə küncdə qalmış amma çox dəbli mağazalardan faydalana bilərsən. Bunları keyfiyyətli paltarlarınla uyğunlaşdırsan, çox gözəl olacağına əmin ola bilərsən.

Aksesuarlar: Əgər paltarlarının çox sadə olduğunu düşünürsənsə, satılan fərqli aksesuarlarla görünüşünü zənginləşdirə bilərsən. Paltarına uyğun bilərzik, boyunbağı və son günlərin dəbli böyük plastik sırğalardan əldə et. Beləcə elə olmasa belə çox gözəl görünə bilərsən.


Tarix: 12.05.2013 / 18:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...