Alimlər müəyyənləşdiriblər ki, qızların dərisinin xarici görünüşü və ümumi vəziyyəti seçdikləri peşədən çox asılıdır. Xüsusilə də son zamanlarda qadınlar arasında atopik dermatit və neyrodermit kimi xəstəliklər daha geniş yayılmaqdadır. Bir neçə il davam edən təcrübələrdə 4000-dən çox könüllü iştirak edib. Məlum olub ki, dərilərin daha çox allergik reaksiya göstərdiyi mexanizmlər yeniyetmə yaşlarında formalaşır. Bunun daha kəskin hal almasına isə kimyəvi dezinfeksiya vasitələri və milçəklər səbəb olur. Əgər xanımlar seçdikləri peşəyə görə bu amillərlə daha tez-tez rastlaşırsa, bu özünü onun dərinin xarici görünüşündə mütləq büruzə verir. Bağçaya gedən qızlarda neyrodermit xəstəliklərinin inkişafı üçün lap erkən vaxtlarından münbit şərait yaranır. Daha çox dəri problemləri ilə isə tibb bacıları, xadimələr, çörək bişirənlər rastlaşırlar.
Tarix: 16.05.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri