Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatınız, seçdiyiniz qadındır.

Bir kişinin düsüncə qabiliyyəti, estetik təcrübələri nə olursa olsun, həyatda dayandığı qat, içində doğulduğu qatdır, tanış olduğu ilk qadının - anasının onu buraxdığı qat. Geyim zövqünün olmadığı bir bağçada doğuldunuzsa, geyim zövqünüzün inkişaf etmiş olduğu bir bağçaya sizi ancaq bir qadın aparar, süfrələrin incəliklərlə təchiz edilmədiyi bir qatda doğuldunuzsa, incəlikli süfrələrin olduğu qata sizi aparacaq olan da bir qadındır.
Birlikdə olduğunuz qadın dəyişdiyində, dəyişən yalnız bir qadın deyil, həyatın haradasa bütünü dəyişər, bir başqa qata, bir başqa bağçaya keçərsiniz, orada hər şey fərqlidir. Dinlədiyiniz musiqi, oxuduğunuz kitab, yediyiniz yemək, getdiyiniz yerlər, görüşdüyünüz yoldaşlar, hətta taxdığınız qalstuk belə dəyişər. Bir kişini həyatın içində qadınlar gəzdirər, həyatın qatları arasında qadınlar dolaşdırar. Zövqlü bir qadına rast gəlsəniz zövqünüz, məlumatlı bir qadına rast gəlsəniz məlumatınız, zarafatlı bir qadına rast gəlsəniz zarafatınız, ağıllı bir qadına rast gəlsəniz zəkanız inkişaf edər; yeni xasiyyətsizliklər, kaprizlər, dava səbəbləri, ağrılar da öyrənərsiniz. Həyat, müqəddəs kitablarda izah edildiyi kimi qat qatdır.



Bir bağçadan bir bağçaya sizi qadınlar aparar. Və, bu gün dayandığınız bağça, seyr etdiyiniz mənzərə, gördüyünüz həyat, yanınızdakı qadının bağçası, mənzərəsi, həyatıdır; həyatın hansı qatında dayandığınızı, yanınızdakı qadının dayandığı qat təyin edər.
Həyatınız, seçdiyiniz qadındır.


Tarix: 12.05.2013 / 18:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 62 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...