2 min adamın iştirak etdiyi anketə görə qadınlar, "səlahiyyətləndirmədə daha yaxşı və
daha təqdir edici" olaraq qiymətləndirdikləri kişi müdirlərlə işləmək istəyir.
İnternet saytı "OnePoll.com" tərəfindən edilən bir anketə görə qadınların çoxu, kişi müdirlərlə
işləmək istəyir. 2 min qadınla edilən araşdırma, qadın işləyənlərinin 63%-nin kişi müdirlərlə
işləməyi seçdiyini ortaya qoydu. Qadınlar, kişiləri qadın həmkarlarına nisbətlə daha avtoritar
və açıq sözlü görür. Qadınlar, kişiləri çətinlikli, səlahiyyətləndirmədə
daha yaxşı və daha təqdir edici olaraq da xarakterizə edir.
Ancaq söz mövzusu həmcinslər olduqda, qadınların tutumu dəyişir: Hər on qadından dördü,
həmcinsi olan müdirindən çox daha yaxşı işləycəyini düşünür. İşə götürmələrdə kişilərin
daha çox seçilməsinin ana səbəblərindən biri olaraq da qadın müdirlərin digər
qadın işləyənləri özünə təhdid olaraq görməsi göstərilir. Anketi təşkil edən OnePoll.com,
kişilərin işin gedişatına dair əhatəli bir vizionu olduğunun vurğulayaraq, qadınların
daha yaxşı dinləyicilər olduğunu, bu səbəblə zaman zaman
ortaya çıxan narahat edici bəzi mövzularla daha yaxşı başa çıxdığını ifadə etdi.
Tarix: 11.05.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri