Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Padşah və yoxsul

Yoxsul bir kişi yol qırağında oturmuşdu. Köynəksiz… Papaqsız… Ayaqqabısız… İsti Günəş onun başına döyəcləyirdi. Milçəklər onun üzünü və bədənini dişlək-dişlək etmişdi. Ağrılı və güclü dişləklər onu zarımağa məcbur edirdi.

Kənardan isə faytonda böyük ordu bölüyünün müşayəti ilə bir padşah keçirdi. Yoxsulu görcək, padşah dayandı. O qürurla dedi:
— Bugün mənim əhvalım əladır. Mən bugün çox mülayiməm. Ruhundan nə keçirisənsə, məndən istəyə bilərsən. Nə istəsən sənə verərəm! İstənilən xahişini! Bu dünyada hər şey mənim hakimiyyətim altındadır! Hamı məndən qorxur!

İstidən və milçəklərdən əzab çəkən yoxsul kişi padşah qarşısında torpağa qədər diz çökərək, yalvarmağa başladı:
— Allah naminə! Məni bu milçəklərdən xilas et! Onlara buradan uçub getmək əmri ver! Ölürəm artıq!

Padşah isə, çiyinlərini çəkdi:
— Yox! Milçəklər mənə tabe deyillər! Milçəkləri qova bilmərəm!

Padşah üzünü çevirərək, əshabələri ilə yoluna davam etdi. Yoxsul isə, yenə də isti Günəş altında taqətsiz halda milçəkləri qovmağa cəhd edirdi.
Elə bu andaca yoxsul kişinin yanına hər tərəfdən insanlar toplaşmağa başladı:
— Bəxtəvər! Yəqinki, padşah sənə varlı olmağa kömək etdi, hə?!
Yoxsul kişi kədərli halda əllərini yellədərək dedi:
— Mən təsəvvür etmirdim ki, padşah belə gücsüz olar. O milçəklərdən belə məni qoruya bilmədi. Axı yaradılmışlar sırasında milçəkdən gücsüz heçnə yoxdur…


Tarix: 03.12.2014 / 14:22 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Maraqli Hekayeler
loading...