Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölü uzunqulaq

Bir varlı insan qoca bir kəndlidən 100 dollara bir uzunqulaq alır. Kəndli uzunqulağı ona növbəti gün gətirməli idi. Kəndli danışılmış vaxtda gəlir, amma yanında uzunqulaq olmur. O deyir:

— Bağışlayın, amma uzunqulaq keçindi.

— Onda, mənim pullarımı özümə qaytarın, 100 dollarımı geri verin!

— Verə bilmərəm, axı onları artıq xərcləmişəm.

— Yaxşı, onda uzunqulağı mənə gətirin.

— Siz onunla nə edəcəksiniz ki? — qoca kəndli soruşur.

— Mən onu lotereyada oynayacağam.

— Axı, siz ölü uzunqulağı lotereyada oynaya bilməzsiniz.

— İnanın ki, bunu edə bilərəm. Sadəcə, onun ölü olmasını heç kəsə demək lazım deyil.

Hadisədən bir ay sonra, həmin kəndli yenə bu varlı insana rast gəlir.

— Həmin ölü uzunqulağın sonrakı taleyi bəs necə oldu? – qoca kişi soruşur.

— Dediyim kimi, mən onu lotereyada oynadım, bir dənəsi 2 dollardan olmaqla 500 bilet satdım və nəticədə 998 dollar gəlir qazandım.

— Bəs, bu necə oldu, heç etiraz edən olmadı ki?

— Yalnız bir oğlan, uzunqulağı udan adam. O çox qəzəbləndi, onda mən də sadəcə ona 2 dollarını geri qaytardım...


Tarix: 03.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqli Hekayeler
loading...